"Beşiktaş"ın hücumçusu Vout Veqorst karyerasını İngiltərədə davam etdirə bilər.
Football-plus.az xəbər verir ki, onun xidmətində "Mançester Yunayted" maraqlıdı. Futbolçu icarə əsasında "qırmızı şeytanlar"a keçməyə yaxındı. Forvardın transfer hüquqları "Börnli"yə məxsusdu. Lakin Veqorst hazırda Türkiyədə çıxış etdiyindən ingilitərəlilər "Beşiktaş"a ödəniş etməli olacaq.