Ağır zədədən qurtuldu

18.09.2024 21:53 229
Dünya futbolu
“Çelsi”nin futbolçusu Ben Çiluell zədəsini sağaldıb.

"Football-plus.az"ın məlumatına görə, 27 yaşlı müdafiəçi komanda ilə məşqlərə başlayıb. Ben ötən mövsüm aldığı ağır zədə səbəbindən bu mövsüm meydana çıxmayıb. Artıq o, oynamağa hazırdı.

Çilvell “Çelsi”də 2020-ci ildən çıxış edir. O, bu komandada ümumilikdə 106 oyunda meydana çıxıb, 9 qol vurub və 12 qolun ötürməsini verib.