Ağır zədədən qurtuldu

19.08.2024 18:57 310
Dünya futbolu
Pedri ilə bağlı növbəti məlumat yayılıb.

O, Avropa çempionatının Almaniya ilə 1/4 final oyununda (2:1) İspaniya yığmasının heyətində aldığı ağır zədəsini sağaldıb. Pedri artıq uzun sürən müalicə prosesini başa vurub. Gənc futbolçu “Barseona”ya çempionat matçlarında kömək etməyə hazırdı.