Ataa hələ imza atmayıb

17.09.2024 13:09 144
Aktual / Ölkə futbolu
“Neftçi”nin sabiq legioneri Ataa Caberin Azərbaycandan təklif aldığını xəbər vermişdik.

“Araz-Naxçıvan” iyulda ölkəmizdən ayrılan yarımmüdafiəçiyə dəvət göndərib. Muxtar Respublika təmsilçisi Fələstin millisinin də şərəfini qoruyan oyunçunu birillik müqavilənin şərtləri ilə tanış edib. Bəs anlaşmağa nə mane olur? Bu sualı “Araz-Naxçıvan”ın mətbuat xidməti rəhbəri Mahal Məmmədova ünvanladıq:

“Ataa Caberin transferi hələ bitməyib. Ortada heç bir anlaşma yoxdu. Nə vaxt müqavilə bağlansa, onda klub tərəfindən rəsmi açıqlama veriləcək”.

ƏSƏD SEYİDOV