“Kəpəz”dən ayrıldı, “Sumqayıt”da məşçiliyə başladı

16.09.2024 11:13 1 330
Aktual / Ölkə futbolu
Bir neçə gün öncə karyerasını bitirən Vurğun Hüseynovun yeni iş yeri bəlli olub. Sabiq kapitan bundan sonra məşqçi kimi fəaliyyət göstərəcək.

“Football-plus.az”ın məlumatına görə, o, “Sumqayıt”ın 15 yaşadək futbolçularından ibarət komandasında Hikmət Hüseynovun köməkçisi olacaq. Məlumatı futbolçu özü də təsdiqləyib.

Qeyd edək ki, Hüseynov 2013-cü ildən 2023-ün yayına qədər “kimyaçılar”ın formasını geyib. Son klubu olan “Kəpəz”lə isə bir neçə gün öncə vidalaşıb.

RÖYANƏ OĞUZ