Aleksandr Sonq karyerası ilə bağlı vacib qərar verib. Kamerun millisinin sabiq yarımmüdafiəçisi peşəkar futbolçu həyatını başa vurub.
“Football-plus.az” xəbər verir ki, 36 yaşlı futbolçu “Bastiya”, “Arsenal”, “Çarlton”, “Barselona”, “Vest Hem”, “Rubin” və “Syon”da çıxış edib. Aleksandrın sonuncu klubu “Arta/Solar 7” (Cibuti) olub. Sonqun 9 il (2005-14) Kamerun yığmasının şərəfini qoruduğunu, milli komandada 49 oyun keçirdiyini də bildirək.
O, qərarı barədə sosial şəbəkə hesabındakı paylaşımında “kədərli şəkildə bildirməliyəm ki, butslarımı mismardan asmağım vaxtı gəldi” cümləsini yazıb.
36 yaşında meydanı tərk etdi
Dünya futbolu





