DÇ: Millimiz Nigeriyaya uduzdu

28.04.2023 10:00 244
İdman
Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında təşkil edilən dünya çempionatında növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, yığma D qrupundakı ikinci matçında Nigeriya seçməsi ilə üz-üzə gəlib.

İlk turda ev sahiblərinə uduzan Azərbaycan yenə məğlubiyyətlə üzləşib. Görüş Afrika təmsilçisinin 35:17 hesablı qələbəsi ilə başa çatıb.

Milli komanda qrupdakı son oyununda Qvatemala ilə qarşılaşacaq.

Qeyd edək ki, mundiala aprelin 30-da yekun vurulacaq.