Futbolçu “Kəpəz”dən ayrılandan sonra fərqli elita klubları ilə danışıqlar aparsa da, heç biri ilə ortaq məxrəcə gələ bilmədi. Yeni yayılan iddialara görə isə Yunanov birinci liqa klubu “Baku Sportinq”lə anlaşıb. Hətta klubla millimizin sabiq üzvü arasında birillik müqavilə bağlanıb.
Deyilənlərin nə dərəcədə doğru olub-olmadığını dəqiqləşdirmək üçün Aminlə əlaqə saxladıq. O, “Football-plus.az”a bu sözləri dedi:
“Düzdü, ordan və bir neçə birinci liqa klubundan təklif olub. Amma razılaşmamışıq. Aşağı liqada oynamaq istəmirəm. Görək elita təmsilçilərindən biri ilə danışıq aparıram, necə olur. Amma yaxşı, sərfəli təklif olsa, dəyərləndirəcəm. Hələ ki gözləyirəm”.
RÖYANƏ OĞUZ






