Tanınmış futbolçusu yeni klubla anlaşdı

21.08.2024 10:52 397
Aktual / Ölkə futbolu
Ötən mövsüm 2-ci liqa təmsilçisi “Kür-Araz”da keçirən Cavid İmamverdiyev özünə yeni klub tapıb.

“Football-plus.az”ın məlumatına görə, o, yeni mövsümdə “Hypers Quba”da forma geyəcək. 34 yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan yarımmüdafiəçi “Kəpəz”, “Sumqayıt”, “Keşlə”, “Sabah” kimi premyer-liqa klublarının şərəfini qoruyub.

RÖYANƏ OĞUZ