U-21 millimiz uduzdu

6.09.2024 23:30
Ölkə futbolu
U-21 millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv Lüksemburqla üz-üzə gəlib.

Görüş Lüksemburq komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, 6 oyuna 3 xal toplayan U-21 sonuncu - altıncı pillədə qərarlaşıb.