Alexo Velis “Tottenhem”i tərk edib.
Yeniyetmə hücumçu “Sevilya”ya keçib. İspaniya klubunun rəsmi saytının məlumatına görə, argentinalı futbolçu “Sevilya”da mövsümünün sonuna qədər icarə əsasında çıxış edəcək.
19 yaşlı Alexo bu mövsüm İngiltərə premyer-liqasında 8 oyun keçirib və 1 qol vurub.