“Qəbələ” israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb.
“Football-plus.az" xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 2022-ci ilin iyulundan “Qəbələ”də çıxış edən legioner qırmızı-qara formada keçirdiyi 47 matçda 3 qol vurub. Feras Abu Akal premyer-liqada 37 (2 qol), ölkə kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.