“Premyer-liqa matçlarının təxirə salınması imkanı sırf pley-off mərhələlərini əhatə edir”

29.08.2024 13:30 426
Aktual / Premyer-liqa
Avrokuboklardakı təmsilçilərimiz sıra ilə “ələnir”.

“Sumqayıt” və “Sabah”ın ardından böyük ehtimalla “Zirə” də mübarizəni dayandıracaq. Komandalarımızın uğursuzluqla üzləşməsinin səbəblərindən biri kimi premyer-liqa matçlarının təxirə salınması göstərilir. Bəs bu məsələlər PFL tərəfindən necə tənzimlənir?

Qurumun media və marketinq direktoru Sənan Abdullayev “Football-plus.az”ın sualını cavabladı:

“Premyer-liqa matçlarının təxirə salınması imkanı sırf pley-off mərhələlərini əhatə edir. Komanda qrup mərhələsinə qədər bir oyunun, bu mərhələnı keçərsə, hər pley-offun bir matçının təxirə salınması üçün müraciət edə bilər”.

KƏNAN BAHADIR