Superağır çəkidə sabiq mütləq dünya çempionu Mayk Tayson (50-6) sağlıq durumu ilə bağlı problemi arxada qoyduğunu bildirib:
“Ona (Ceyk Polu nəzərdə tutur – red.) qalib gələ bilərəm. Bunu məndən başqa kim bacarar ki? O daha kimlə döyüşmək istəyir? Ey, qulaq asın, mən hazıram! Xəstələnmişdim, ancaq indi özümü yaxşı hiss edirəm”.
Bloger və boksçu Ceyk Pol (10-1) isə bildirib ki, Taysonun karyerasına son qoyacaq:
“Mayk Tayson üçün ağrılı zərbə olacaq. O, mənim boks yoluma qədəm qoymağıma start verdiyini deyir. Yaxşı, mən də onun yoluna son qoyacam”.
Taysonla Pol noyabrın 15-də Amerikanın Dallas şəhərindəki “AT&T” stadionunda üz-üzə gələcək. Bu döyüş “Netflix”in efirində canlı yayınlanacaq.