Tayson havada özünü pis hiss etdi

30.05.2024 22:40 177
Aktual
Boks üzrə sabiq mütləq dünya çempionu Mayk Tayson Mayamidən Los-Anecelesə uçarkən özünü pis hiss edib.

“Football-plus.az” xəbər verir ki, bu haqda xəbəri “The New York Post” yayıb. 57 yaşlı amerikalıda mədə xorasının kəskinləşməsi baş verib. Mayka elə uçuşun gedişində yardım göstərilib və vəziyyətini sabitləşdirmək mümkün olub. Boksçunun komandası belə bir açıqlama yayıb:
“Xoşbəxtlikdən mister Tayson özünü əla hiss edir. Təyyarənin enməsinə 30 dəqiqə qalmış onda ürəkbulanması və başgicəllənmə baş verdi”.


Xatırladaq ki, Tayson iyulun 20-də ABŞ-ın Dallas şəhərində bloger Ceyk Pol ilə döyüşməlidi. “Netflix” bu döyüşü canlı yayınlayacaq.