"Dinamo" Bakıya 25 futbolçu ilə gəlir

26.08.2024 17:11 306
Çempionlar Liqası
Zaqreb "Dinamo"sunun futbolçuları bu gün Bakıya yola düşüblər.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Xorvatiya təmsilçisinin bu gün axşam saatlarında Bakıya çatacağı gözlənilir.

Sabah Bakı vaxtı ilə saat 19.45-də "Dinamo"nun Bakıda, Respublika Stadionunda məşqi olacaq.

Avqustun 28-si Bakı vaxtı ilə saat 20:45-də isə "Qarabağ"la "Dinamo"nun ÇL-in pley-off mərhələsinin cavab matçı başlanacaq. "Dinamo" Bakıya aşağıda adları qeyd edilən 25 futbolçu ilə yola düşüb:

Qapıçılar: İvan Nevistiç, Daniel Zaqorats, İvan Filipoviç

Müdafiəçilər: Ronael Pyer-Qabiriel, Sami Mmae, Kevin Teofil-Katrin, Raul Torrente, Maksim Barnauer, Takuya Oqivara, Stefan Ristovski

Yarımmüdafiəçilər: Yosip Mişiç, Branko Paviç, Petar Suçiç, Martin Baturina, Marko Roq, Luka Vrbançiç, Lukas Kacavenda, Luka Stoykoviç, Ariyan Ademi

Hücumçular: Marko Pyatsa, Dario Şpikiç, Xuan Kordoba, Arber Hodja, Sandro Kulenoviç, Bruno Petkoviç

Xatırladaq ki, Zaqrebdə "Qarabağ"a qarşı keçirilən ilk oyunda "Dinamo" 3:0 hesabı ilə qələbə qazanıb.