• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”ın qrup arzusu möcüzəyə qaldı - REPORTAJ

Reportaj / Çempionlar Liqası

24-08-2024, 17:0

Çempionlar Liqası
pley-off, ilk oyun
Dinamo (Xorvatiya) – Qarabağ 3:0 (1:0)

33. İvan Nevistiç
18. Ronael Pyer-Qabriel
13. Sami Mae
28. Kevin Teofil-Ketrin
22. Stefan Ristovski
(3. Takuya Oqivara, 21)
27. Yosip Mişiç
11. Arber Hoca
(17. Sandro Kulenoviç, 63)
10. Martin Baturina
25. Petar Suşiç
(30. Marko Roq, 77)
20. Marko Pyatsa
(6. Maksim Bernauer, 63)
9. Bruno Petkoviç (k)
(19. Yan Kordoba, 77)
Ehtiyat oyunçular
1. Daniel Zaqorats
23. İvan Filipoviç
4. Raul Torrent
8. Lukas Kaçavenda
36. Luka Vrbançiç
66. Branko Paviç
77. Dario Şpikiç
Baş məşqçi: Sergey Yakiroviç

97. Fabian Buntiç
44. Elvin Cəfərquliyev
81. Kevin Medina
13. Bəhlul Mustafazadə
2. Mateus Silva
66. Patrik Andrade
6. Julio Romao
7. Yassin Benzya
10. Abdulla Zubir (k)
15. Leandro Andrade
(27. Toral Bayramov, 74)
18. Juninyo
Ehtiyat oyunçular
12. Sadiq Məmmədzadə
99. Mateuş Koxalski
55. Bədavi Hüseynov
30. Abbas Hüseynov
20. Riçard Almeyda
24. Aleksey İsayev
90. Nəriman Axundzadə
17. Hamidu Keyta
19. Redon Cica
22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov

Qollar: M.Pyatsa, 29 (1:0). S.Kulenoviç, 75 (2:0). S.Kulenoviç, 80 (3:0).
Vərəqələr: P.Suşiç, 56. J.Romao, 62. S.Kulenoviç, 69 – sarı.
Hakimlər: QLENN NYUBERQ, Mahbod Beiqi, Andreas Söderkvist, Adam Ladebak (hamısı İsveç).
VAR hakimi: Bastian Dankert (Almaniya).
VAR hakiminin köməkçisi: Yohan Pfeyfer (Almaniya).
Hakim-inspektor: Mayk Riley (İngiltərə).
UEFA nümayəndəsi: Filip Popovski (Şimali Makedoniya).
20 avqust. Zaqreb. “Maksimir” stadionu. 14073 tamaşaçı.

17 (8) qapıya (“çərçivə”yə) zərbə 14 (4)
5 künc zərbəsi 6
0 ofsayd 1
18 qayda pozuntusu 10
2 sarı (qırmızı) vərəqə 1
48 topa sahibolma (faizlə) 52

Kağız üzərində favorit "Dinamo" olsa da, "Qarabağ"ın vətənə sərfəli nəticə ilə dönəcəyinə inananlar çox idi. Xüsusən də “Luqodoqers” üzərindəki parlaq qələbə belələrinin sayını artırmışdı. Düzdü, ağdamlılar oyun tərziylə bizi yanıltmadı. Lakin üç cavabsız qol Qurban Qurbanov və milyonlarla azərbaycanlı üçün acı sürpriz oldu. Kəsərli hücumlar qur, hər cəhətdən rəqibi üstələ, amma böyükhesablı məğlubiyyətlə üzləş. Necə?! Əlbəttə, fürsətləri dəyərləndirməməklə...

Bəli, "Qarabağ" rəqibdən pis oynamadı, xüsusən də ilk 75 dəqiqədə. Hətta Leandro 2-ci dəqiqədə topu tora qovuşdurdu. Bəlkə də Juninyo həmin epizodda oyundankənar vəziyyətdə olmasaydı, reportajımızda bayram ab-havası hiss ediləcəkdi. Buntiçin ehtiyatsız davranışı belə ağdamlıları irəli atılmaqdan çəkindirmədi. Axı Sami qolkiperin "çərçivə"dən xeyli uzaqlaşdığını görüb mərkəzdən birbaşa qapını nişan aldı.

Rəqibin qeyri-dəqiq zərbəsinə eyni şəkildə cavab verildi. Daha doğrusu, Benzya Zubirin ötürməsindən sonra bəxtini sınasa da, top qapıdan aralı keçdi. Hocanın qolla nəticələnməyən cəhdinə isə Patrik cavab verdi. O, Benzyanın reydi, Leandronun ötürməsi sayəsində qazanılan qol imkanını yöndəmsiz şəkildə tamamladı. Zaqreblilərin gənc ulduzu, sonradan oyunun ən yaxşısı seçilən Baturinanın varlığı özünü 17-ci dəqiqədə qabarıq göstərdi. O, Petkoviçin ötürməsindən sonra qapını nişan alsa da, tir "Qarabağ"ı xilas etdi.

Ristovskinin məcburiyyətdən Oqivara ilə əvəzlənməsindən sonra da "Dinamo"nun təzyiqi davam etdi. Nəticədə Romao Petkoviçi sərt müdaxiləylə dayandırdı. Belədə cərimə zərbəsi 29-cu dəqiqədə qolla nəticələndi. Daha doğrusu, Petkoviç Baturinanın oyuna daxil etdiyi topu Vişiçə, o isə Pyatsaya çatdırdı. Buntiç sonuncunun ilk zərbəsini dəf etsə də, ikinciyə mane ola bilmədi. Müdafiəçilər yuxuya getmişdi... "Mavilər"in yaratdığı növbəti təhlükə Bəhlul və Andradenin Hocanı zərərsizləşdirməsiylə sovuşdu. 35-ci dəqiqədə Zubir Elvinin ötürməsini qapı önünə göndərdi. Burda Nevistiç irəli atılaraq Juninyonun həlledici zərbəsinə imkan vermədi. Ardından "Dinamo"nun əks-hücumuna şahidlik etdik. Yaxşı ki, Bəhlul Hoca ilə təkbətək mübarizədən qalib ayrıldı. Meydan sahibləri "köhlən atlar"ın həmin anlarda yaşadığı gərginliyin dadına 39-cu dəqiqədə baxdı. Lakin nə Zubir Elvinin, nə də Leandro Juninyonun ötürməsini qolla tamamladı. Burda müdafiəçilər özünü ən yaxşı tərəfdən göstərdisə, 43-cü dəqiqədə Juninyo qeyri-dəqiq zərbəylə yadda qaldı. Baxmayaraq ki, hücumçunun qarşısında, sadəcə, Nevistiç var idi. Əlbəttə, bu ərəfədə "Dinamo" qol axtarışını davam etdirirdi. Lakin növbəti təhlükəli zərbə də "Qarabağ"ın hesabına yazıldı. Bu dəfə Patrik Zubirin ötürdüyü topu inanılmaz şəkildə qapıdan keçirə bilmədi. Halbuki bərabərlik qolu ağdamlılara psixoloji üstünlük qazandıracaqdı.

Qeyd edək ki, həm oyundan əvvəl, həm də oyunun gedişində yağan yağış xüsusilə ağdamlıların çıxışına mənfi təsir edirdi.

2-ci hissədə ilk təhlükəli vəziyyət 53-cü dəqiqəyə təsadüf etdi. Baturina Suşiçin ötürməsini boşa verdi. Nevistiç də qapının uzaq küncünü nişan alan Leandronu məyus etdi. Benzyanın dirəkdən qayıdan zərbəsinin ardıyca Buntiçin növbəti seyvini izlədik. Qolkiper Baturinanın fərqlənməsinə imkan vermədi. Zubirin ardıcıl iki qol imkanından yararlana bilməməsini də qabartmalıyıq. Kapitan ilk cəhddə müdafiəçilərin müdaxiləsinə yenildisə, ikincisə top qapının üzərindən keçdi.

Fransalının uğursuzluğunu 64-cü dəqiqədə Juninyo təkrarladı. "Qarabağ"ın bombardiri Zubirin ötürməsiylə qapını nişan alsa da, Nevistiçi xilaskar rolunda izlədik. Rəqibin qapıçısı 72-ci dəqiqədə Benzyanı da məyus etdi. Yassinin buna qədər Juninyo və Zubirin də qapı önünə ötürmələrini dəyərləndirə bilməməsi də öz yerində. Odu ki, rəqibin fərqi artırması təəccübləndirmədi. Patrikin qeyri-dəqiq ötürməsi üzündən topa yiyələnən "mavilər" 75-ci dəqiqədə Kulenoviç sayəsində hesabı dəyişdi - 0:2. Ardından Kordobanın uzaqdan qapı önünə göndərdiyi topu Medina uzaqlaşdırdı ki, "Dinamo" künc zərbəsi qazandı. Baturinanın oyuna daxil etdiyi top Kulenoviçin başla zərbəsiylə tora qovuşa bilərdi ki, əvvəl Patrik, sonra Buntiç ardıcıl cəhdləri dəf etdi. Baturina geri qayıdan topu yenidən qapıpnünə göndərdi, Kulenoviç dubl etdi. Belədə "Qarabağ" təsəlli qolu axtarışına çıxdı.

Baturinanın 90+5-ci dəqiqədəki zərbəsi dirəkdən dönməsəydi, bütün ümidlərimiz “dəfn olunacaqdı”. Baxmayaraq ki, elə indi də ümid azdı. “Qarabağ” 2022-də olduğu kimi, yenə də ÇL-in pley-offunda dayanmaq təhlükəsiylə üzləşib. Çempionu yalnız möcüzə xilas edə bilər. Həmin möcüzə ümidi ilə avqustun 28-i, saat 20.45-də “Bəhramov”da olmağa dəyər.

Gözdən qaçmadı
* Ölkəmizin Xorvatiyadakı səfiri Anar İmanov da stadiondaydı.
* “Qarabağ”ı təxminən 100-ə yaxın azərbaycanlı azarkeş dəstəklədi. Onlar bayraqlarımızı dalğalandırdı. “Dinamo”nun “Dinamo Svetinya” və “Younq Blue Boys (Gənc Mavi Oğlanlar) fanklubları tribunalarda idi.
* Sergey Yakiroviç 90+4, köməkçisi Marko Salatoviç 55-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə “sarı” aldı.

KƏNAN BAHADIR

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

17-08-2024, 10:0

"Dinamo"nun "Qarabağ"la oyunlar üçün iştirak ərizəsi

Çempionlar Liqası

20-08-2024, 21:0

“Dinamo” - “Qarabağ”: START HEYƏTLƏRİ

Çempionlar Liqası

17-08-2024, 11:0

"Qarabağ" yeni qapıçısını "Dinamo" ilə oyunlar üçün sifariş etdi

Ölkə futbolu

16-07-2024, 18:0

“Qarabağ” - “Əl-Şabab”: START HEYƏTİ

Premyer-liqa

9-08-2024, 18:0

“Qarabağ” - “Kəpəz”: START HEYƏTLƏRİ

Çempionlar Liqası

23-07-2024, 19:0

“Linkoln” - “Qarabağ”: START HEYƏTLƏRİ

Aktual
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
Son xəbərlər
  • Bu gün, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Bu gün, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Bu gün, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Bu gün, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Bu gün, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Bu gün, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Bu gün, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Bu gün, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 219
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 174
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 161
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə