Ağayev UEFA-nın seminarında iştirak edəcək

26.08.2024 10:31 282
Ölkə futbolu
FİFA referimiz Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək.

“Football-plus.az” xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. İsveçrənin Cenevrə şəhərindəki tədbir elit kateqoriyalı və 1-ci dərəcəli hakimlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, seminar sentyabrın 2-4-ü aralığında baş tutacaq.