“Zirə” ilk oyunda 0:6 uduzmaqla Konfrans Liqasında qrupa düşmək şansını möcüzəyə saxladı.
İndi “qartallar” üçün əsas vəzifə cavab görüşündə yaxşı nəticə ilə ölkə reytinqinə əmsal əlavə etməkdi. 0:6 həm də Azərbaycan futbolunu 7 il əvvələ qaytardı. Sonuncu dəfə “Qarabağ” Çempionlar Liqasının 2017/18 mövsümünün qrup mərhələsinə belə acınacaqlı məğlubiyyətlə başlamışdı. Onda ağdamlılar səfərdə “Çelsi”yə 0:6 uduzmuşdu.
Azərbaycan klublarının 6 və daha artıq top fərqi ilə uduzduğu oyunlar
17.07.1996. UEFA kuboku. Qutnik (Polşa) – Xəzri 9:0
30.07.1997. Çempionlar Liqası. Vidzev (Polşa) – Neftçi 8:0
25.07.2013. Avropa Liqası. Xəzər Lənkəran – Makkabi (H, İsrail) 0:8
24.07.1996. UEFA kuboku. Lokomotiv (Bolqarıstan) – Neftçi 6:0
13.08.1998. Kuboklar Kuboku. Kopenhagen (Danimarka) – Qarabağ 6:0
10.07.1999. İntertoto Kuboku. Monpelye (Fransa) – Qarabağ 6:0
12.09.2017. Çempionlar Liqası. Çelsi (İngiltərə) – Qarabağ 6:0
22.08.2024. Konfrans Liqası. Omoniya (C.Kipr) – Zirə 6:0