“Qarabağ”ın Avropadakı mövqeyi açıqlandı

24.08.2024 13:51
Ölkə futbolu
Avropanın top komandalarının reytinq cədvəli açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, siyahıda qitənin 400 klubu yer alıb.

Dörd komandamız ən yaxşılar arasındadı. “Qarabağ” 279 xalla 59-cu pillədə qərarlaşıb. “Neftçi” 19 xalla 250-ci, “Sabah” 15 xalla 275-cidi. 11 xala malik “Zirə” 299-cudu.

Qeyd edək ki, cədvələ “Real” başçılıq edir – 2362 xal.