“Atalanta” heyətinə yeni futbolçu cəlb edib.
“Football-plus.az” xəbər verir ki, Berqamo klubu “Udineze”dən Lazar Samarciçi icarəyə götürüb. 22 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Qeyd edək ki, Lazar A seriyasının 2023/24 mövsümündə Udine klubu ilə 34 matça çıxıb, 6 qol vurub və 2 qolun ötürməsini verib.