Madridi yenə tərk edəcək

22.08.2024 23:16 329
Dünya futbolu
Joao Felişin yeni mövsümdə harda oynayacağı məlum olub.

“Atletiko”nun hücumçusu karyerasını “Çelsi”də davam etdirəcək. İnsayder Fabritsio Romanonun verdiyi məlumata görə, klublar 24 yaşlı portuqaliyalının transferi ilə bağlı razılığa gəliblər. Feliş ilə “6+1 il” sxemi üzrə müqavilə imzalanacaq. Onun tezliklə “Çelsi”də tibbi müayinədən keçəcəyi də açıqlanıb.

Feliş ötən mövsüm icarə əsasında “Barselona”da çıxış edib.