"Qarabağ"da ciddi itki: "Dinamo" ilə cavab oyununu buraxacaq

21.08.2024 10:31
Çempionlar Liqası
“Qarabağ”ın futbolçusu Julio Romao Çempionlar Liqasının pley-off mərhələsində Zaqreb "Dinamo"su ilə cavab oyununu buraxacaq.

"Football-plus.az" xəbər verir ki, buna səbəb onun ötən gecə Zaqrebdəki ilk matçda sarı vərəqə ilə cəzalandırılmasıdır.

26 yaşlı yarımmüdafiəçi cari mövsümdə avrokuboklarda 3-cü sarı vərəqəsini alıb. Nəticədə o, limiti aşıb. Buna görə də Romao “Dinamo” ilə avqustun 28-də Bakıda keçiriləcək cavab görüşündə meydanda olmayacaq.

Qeyd edək ki, ötən gecə "Dinamo" "Qarabağ"a 3:0 hesabı ilə qalib gəlib.