Konfrans Liqasında pley-offa yüksələn "Zirə" büdcəsini xeyli zənginləşdirib.
"Qartallar" pley-offa yüksəldiyinə görə təxminən 750 min avro (1 milyon 404 min manat) qazanıblar.
Bununla yanaşı, "Zirə" 2-ci təsnifat mərhələsində çıxış etdiyi üçün təxminən 350 min avro (655550 manat), 3-cü təsnifat mərhələsinə yüksəldiyi üçün daha 550 min avro (1030150 manat) qazanmışdı. Komanda Avropa Liqasının 1-ci turunda oynadığı üçün də 150 min avro (280950 manat) alacaq.
Beləliklə, “Zirə” cari mövsümdə avrokuboklardakı çıxışına görə artıq bücəsini 1,8 milyon avro (3 milyon 371 min manat) zənginləşdirib.
“Zirə”nin qazancı artıq 3 milyonu ötüb!
Avrokuboklar



