UEFA 2022/23 mövsümündə avrokuboklarda klublara veriləcək pul mükafatının məbləğini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, Avropa turnirlərində iştirak edənlər qazandıqları uğurlara görə aşağıdakı mükafatları alacaq.
Çempionlar Liqasının qrup mərhələsində iştirak edən hər klub 15,64 milyon avro qazanacaq. Komandalar bu mərhələdə hər qələbəyə görə 2,8 milyon, heç-heçəyə görə 930 min avro alacaq. 1/16 finala yüksələnlər 9,6 milyon, 1/4 finala çıxanlar 10,6 milyon, yarımfinalda iştirak edənlər 12,5 milyon, finalçılar isə 15,5 milyon avro mükafat əldə edəcək. Qrupa gedən yolda pley-offda mübarizəni dayandıranlara təsəlli mükafatı olaraq 5 milyon avro veriləcək.
Avropa Liqasının qrup mərhələsində mübarizə aparanlar 3,63 milyon avro alacaq. Yarışda hər qələbənin dəyəri 630 min avrodu.
Konfrans Liqasında qrup mərhələsinin iştirakçıları 2,94 milyon avro qazanacaq. Turnirdəki hər qələbənin dəyəri isə 500 min avrodu.
Qeyd edək ki, ölkəmizi bu mövsüm Çempionlar Liqasında “Qarabağ”, Konfrans Liqasında isə “Neftçi”, “Zirə” və “Qəbələ” təmsil edir.