• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Qarabağ”ın qisası amansız oldu - REPORTAJ

Reportaj / Çempionlar Liqası

17-08-2024, 15:0

Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
Ludoqorets (Bolqarıstan) – Qarabağ 2:7 (2:3, 0:0, 0:4), əlavə vaxtda


39. Hendrik Bonman
3. Anton Nedyalkov (k)
4. Diniş Almeyda
24. Olivie Verdon
17. Fransisko Son
(16. Aslak Vitri, 91)
23. Deroy Duarte
(10. Matias Tissera, 96)
6. Yakub Pyotrovski
(18. İvaylo Çoçev, 46)
30. Pedro Naresi
(15. Edvin Kurtuluş, 108)
12. Ruan Kruz
(90. Spas Delev, 73)
9. Kvadvo Dua
(8. Tedor Nedelev, 102)
7. Rik Conatan
Ehtiyat oyunçular
1. Sercio Padt
67. Damyan Xristov
14. Deni Qruper
82. İvan Yordanov
Baş məşqçi: Georgi Dermenciyev

97. Fabian Buntiç
44. Elvin Cəfərquliyev
(27. Toral Bayramov, 84)
81. Kevin Medina
13. Bəhlul Mustafazadə
29. Marko Veşoviç
(2. Mateus Silva, 29)
8. Marko Yankoviç
(66. Patrik Andrade, 38)
6. Julio Romao
7. Yassin Benzya
10. Abdulla Zubir (k)
15. Leandro Andrade
(90. Nəriman Axundzadə, 98)
18. Olaviyo Juninyo
(19. Redon Cica, 106)
Ehtiyat oyunçular
12. Sadiq Məmmədzadə
30. Abbas Hüseynov
55. Bədavi Hüseynov
17. Hamidu Keyta
20. Riçard Almeyda
24. Aleksey İsayev
Baş məşqçi: Qurban Qurbanov

Qollar: O.Juninyo, 7 (0:1). K.Dua, 13 (1:1). K.Dua, 23-p. (2:1). Y.Benzya, 45+1-p. (2:2). P.Andrade, 45+5 (2:3). T.Bayramov, 93 (2:4). R.Cica, 111 (2:5). P.Andrade, 112 (2:6). Y.Benzya, 118 (2:7).
Vərəqələr: B.Mustafazadə, 28. M.Silva, 54. İ.Çoçev, 58. J.Romao, 85. A.Zubir, 87. D.Duarte, 89. M.Veşoviç, 90 (meydandan kənarda). R.Conatan, 90+3. Y.Benzya, 104. A.Nedyalkov, 107 – sarı.
Hakimlər: SİMONE SOZZA, Corcio Peretti, Davide İmperiale, Matteo Marketti (hamısı İtaliya).
VAR hakimi: Canluka Aureliano (İtaliya).
Hakim-inspektor: Pavel Gil (Polşa).
UEFA nümayəndəsi: Atina Pateraki (Yunanıstan).
13 avqust. Razqrad. 7700 tamaşaçı.
Birinci hissəyə 6, ikinci hissəyə 4, əlavə vaxtın birinci hissəsinə 3 dəqiqə əlavə olunub.
İlk oyun – 2:1.

9 (3) qapıya (“çərçivə”yə) zərbə 16 (11)
3 künc zərbəsi 3
2 ofsayd 0
22 qayda pozuntusu 20
4 (0) sarı (qırmızı) vərəqə 6 (0)
45 topa sahibolma (faizlə) 55


Qurban Qurbanov ilk oyundan sonra “hələ heç nə itirilməyib, cavab oyunumuz, bu matçda daha yaxşı nəticə əldə etmək şansımız var” desə də, etiraf edək ki, Bakıda yetərincə sərt, bəzi hallarda hətta “çirkin” oynayan “Ludoqorets”lə qarşılaşmanın, deməli, həm də pley-offa vəsiqənin taleyi qaranlıq görünürdü.

Baş məşqçinin start heyətində Torala yox, Elvinə şans verməklə hansı niyyəti güddüyünü bilmirəm, ancaq Juninyonun 7-ci dəqiqədə Verdonu səhvə məcbur edib hesabı açmasının bolqarların planlarını pozduğuna əminəm. Məntiqlə erkən qoldan sonra uğuru inkişaf etdirmək lazım idi. Ancaq “Qarabağ”ın oyunboyu gərgin görünən qapıçısı və müdafiə xətti hər şeyi korladı. 13-cü dəqiqədə adi bir standart vəziyyət zamanı Medina diqqətsizliyə yol verdi, Romao onu “sığortalaya” bilmədi və Dua hesabı bərabərləşdirdi. Az sonra eyni futbolçular daha bir qola səbəbkar oldu. Romao topu Buntiçə ötürdü, onu ələ götürmək imkanı olmayan qapıçı isə yanlış qərar verdi, üstəlik Ruan Kruzun başına zərbə vurdu. VAR-la məsləhətləşən referi penalti nöqtəsini göstərdi. Belədə “Qarabağ”ın işi bir qədər də çətinləşdi. Və bu məqamda “hər işdə bir xeyir var” məsəli növbəti dəfə təsdiqini tapdı.

Son vaxtlar potensialından aşağı səviyyədə oynayan monteneqrolu adaşlar - Veşoviçlə Yankoviç yerini Mateusla Patrik Andradeyə verdi. Sonradan bu dəyişikliklərin əhəmiyyəti aydın olacaqdı. Hələlik isə hissənin sonuna qədər hesabı bərabərləşdirmək lazım idi. “Qarabağ”ın heyətində səhnəyə illərin təcrübəsi Benzya çıxdı. 44-cü dəqiqədə Zubirin cərimə meydançasına ötürməsini ələ keçirməyə çalışan əlcəzairli yerdə qaldı və hakim bu oyunda 2-ci dəfə “nöqtə”ni göstərdi. Benzya hesabı bərabərləşdirdi, uzatma dəqiqələrində isə Patrikə məhsuldar ötürmə verdi. Bununla da “Qarabağ” fasiləyə psixoloji üstünlüklə yollandı.

Heç bir qolun vurulmadığı 2-ci hissə haqda nə demək olar? 49-cu dəqiqədə Mateus ağdamlıların 4-cü qolunu vura bilərdi. Rəqibin heyətində isə Ruan Kruz buna yaxın idi. 71-ci dəqiqədə Medianın növbəti kobud səhvindən sonra təkbətək çıxan braziliyalı yaxşı ki topu yandan vurdu. Zubirin 78-ci dəqiqədə ənənəvi driblinqindən sonra qapıya vurduğu zərbə tirdən dönəndə şəxsən mən bunu pis əlamət kimi qəbul etdim. 84-cü dəqiqədə Qurbanov daha bir məcburi dəyişikliyə əl atdı: əzələsini dartan Cəfərquliyevin yerinə Bayramov meydana çıxdı. Bəlkə də elə belə olması yaxşıymış!

Əlavə vaxt başlayan kimi Toral möhtəşəm zərbə ilə “Qarabağ”ın üstünlüyünü iki topa çatdırdı. Bundan sonra əsas vəzifə hesabı qorumaq və qol vurmaq üçün irəli atılacaq rəqibi cəzalandırmaq olacaqdı. Artıq itiriləsi heç nəyi olmayan bolqarların irəli atılmaqdan başqa çıxış yolu yox idi. Rikin 103-cü dəqiqədə uzaq məsafədən vurduğu zərbəni nəzərə almasaq, meydan sahibləri təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkirdi. 109-cu dəqiqədə Benzya topu dirəyə vurdu. 111-118-ci dəqiqələr aralığı rəqib üçün fiaskoya çevrildi.

Sonradan meydana çıxan Cica, Patrik və günün qəhrəmanlarından Benzya hərəyə bir qol vurdu. Beləliklə, 1:2-nin əvəzini inamlı, möhtəşəm qələbə ilə çıxan “Qarabağ” ÇL-in qrup mərhələsinə adlamaq yolunda növbəti addım atdı. Ağdamlılar pley-offda Zaqreb “Dinamo”su ilə qarşılaşacaq. İlk oyun avqustun 20-də səfərdə, cavab görüşü isə 28-də Bakıda keçiriləcək.

Rəqəmlərin dili ilə
* 2:7 Bolqarıstan futbolunun ən biabırçı səhifələrindən biri oldu. 1956-cı ildən bəri avrokuboklara qatılan bu ölkənin klubları indiyə qədər heç vaxt evdə 7 top buraxmamışdı. Buna qədər ən biabırçı ev məğlubiyyəti (1:6) Sofiya “Lokomotiv”inin 1977-ci ildə Kuboklar Kuboku çərçivəsində “Anderlext”lə ev oyununda qeydə alınmışdı.
* "Qarabağ" avrokuboklarda ən böyükhesablı səfər qələbəsini qazandı - 7:2. Amma 5 top fərqli səfər qələbəsi Azərbaycan klubları üçün rekord deyil. Buna qədər “İnter” də səfərdə Estoniya “Trans”ını darmadağın edib – 5:0. Həmin oyun 2012-ci il iyulun 5-də Avropa Liqası çərçivəsində keçirilib.
* Azərbaycan klublarının avrokubok oyunlarında 3-cü dəfə 9 qol vuruldu. İlk iki oyunda bizimkilər məğlubiyyətlə barışmışda, bu dəfə qələbə qazandıq.
17.07.1996. UEFA kuboku. Qutnik (Polşa) – Xəzri 9:0
01.08.2024. Konfrans Liqası. Sabah – Makkabi (H, İsrail) 3:6
13.08.2024. Çempionlar Liqası. Ludoqorets (Bolqarıstan) – Qarabağ 2:7
* Avrokuboklarda “Qarabağ”ın heyətində keçirdiyi 19-cu oyunda qol sayını 12-yə çatdıran Juninyo Zubirdən geriliyi 2 topa endirdi. Abdulla 85 oyunda 14 dəfə fərqlənib.
* “Qarabağ” Bolqarıstan klubları ilə bağlı arzuolunmaz seriyanı qırdı. İndiyə qədər həm “Neftçi”, həm də “Bakı” bu ölkənin təmsilçiləri ilə dueldə mübarizəni dayandırmışdı.
1996/97. UK. Neftçi – Lokomotiv 2:1, 0:6
2009/10. ÇL. Bakı – Levski 0:0, 0:2
2024/25. ÇL. Qarabağ – Luqodorets 1:2, 7:2
* Azərbaycan klubları avrokubokların cari mövsümündə artıq 33 qol vurub. Bunların 15-i “Qarabağ”ın, 11-i “Zirə”nin, 6-sı “Sabah”ın, 1-i “Sumqayıt”ın payına düşür. İndiyə qədər ən azı 33 dəfə fərqləndiyimiz mövsümlərin sayı dördə bərabərdi:
2016/17 34 11 7 16 38-42
2019/20 24 9 5 10 40-34
2022/23 24 9 6 9 33-39
2023/24 28 13 5 10 48-44

Gözdən qaçmadı
* “Ludoqorets”in rəsmi saytı oyundan əvvəl bütün biletlərin satıldığını elan etmişdi. Lakin 10423 yerlik stadionda cəmi 7700 azarkeş var idi.
* “Qarabağ”ı cəmi 5 azərbaycanlı azarkeş stadiondan dəstəklədi. Onlar bayraqlarımızla tribunada yer almışdı.
*“Ludoqorets” azarkeşləri “Bernard, be strong! We are with you” (“Bernard, güclü ol! Biz səninləyik”) sözləri yazılan pankartla ilk oyunda Medinanın zədələdəyi Bernard Tekpeteyə dəstək verdi. Tərəfdarlar 37-ci dəqiqədə (onun forma nömrəsi 37-di) Tekpeteyə dəstək şüarları səsləndirdi. Həmçinin ilk qolun müəllifi Dua qol sevincini Bernardın formasını nümayiş etdirməklə göstərdi. Bundab başqa, Medinanın topa hər toxunuşu tribunaların uğultusu ilə müşayiət olunurdu.
* Matç canlı yayınlanarkən “CBC Sport”un “yutub” kanalında 127 min izləyici var idi. Təbii ki, ekran qarşısında da milyonlar!
* Azarkeşlərin ən böyük uğultusu Benzya penaltini yerinə yetirdiyi anda qeydə alındı.
* Matçı tribunadan izləyənlər arasında hər iki klubun rəsmiləriylə yanaşı, Bolqarıstan yığmasının baş məşqçisi İliyan İliyev də var idi.
* “Qarabağ” hesabı 3:2 edəndən sonra yerli azarkeşlərin dəstəyi azaldı.
* “Ludoqorets” oyunun ertəsi Dermenciyevi istefaya göndərdi.

ORXAN

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

6-08-2024, 19:0

“Qarabağ” - “Ludoqorets”: START HEYƏTLƏRİ

Çempionlar Liqası

13-08-2024, 21:0

“Ludoqorets” - “Qarabağ”: START HEYƏTLƏRİ

Ölkə futbolu

16-07-2024, 18:0

“Qarabağ” - “Əl-Şabab”: START HEYƏTİ

Çempionlar Liqası

17-08-2024, 11:0

"Qarabağ" yeni qapıçısını "Dinamo" ilə oyunlar üçün sifariş etdi

Reportaj / Çempionlar Liqası

10-08-2024, 21:0

Gözlənilməz məğlubiyyət, Razqrada daşınan ümidlər... - REPORTAJ

Çempionlar Liqası

23-07-2024, 19:0

“Linkoln” - “Qarabağ”: START HEYƏTLƏRİ

Aktual
“Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
“Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
"Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
"Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
"Kəpəz"də yeni sədr və baş məşqçi! - təyinatlar bu həftə açıqlanacaq
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Son xəbərlər
  • Bu gün, 20:04
    “Qarabağ”ın üçüncü transferi kimdi? – yarımmüdafiəçi Portuqaliyadan Bakıya gəldi!
  • Bu gün, 19:22
    Romadan Berqamoya üz tutdu
  • Bu gün, 19:10
    "Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası
  • Bu gün, 18:58
    London klubunda yeni təyinat
  • Bu gün, 18:42
    Mbappe Fransa prezidenti olmaq istəmir
  • Bu gün, 18:12
    "Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası
  • Bu gün, 17:57
    TFF prezidenti Terimi yıxıb-sürüyüb - ''Bu sözləri ona yaraşdırmadım''
  • Bu gün, 17:22
    Milli komandada zəruri dəyişiklik
  • Bu gün, 16:52
    Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
  • Bu gün, 16:42
    “Neftçi” ilə “Zirə”nin “qış yuxusu” – avrokuboklardakı təmsilçilərimiz nə ilə məşğuldu?
  • Bu gün, 16:24
    AFFA-nın Elit layihəsi çərçivəsində seleksiya turniri keçirildi
  • Bu gün, 15:54
    “Gəncə” üç voleybolçusu ilə vidalaşdı
  • Bu gün, 15:34
    "Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandı" - Cavid Hüseynov
  • Bu gün, 15:03
    "Araz-Naxçıvan"ın yeni baş məşqçisi bəlli oldu
  • Bu gün, 14:45
    MS-ni tərk edə bilər
  • Bu gün, 14:13
    “Günah kimdədisə, Allah bəlasını versin” - bəd xəbərdən sonra Tovuzdan ilk reaksiya
  • Bu gün, 14:04
    AFFA-da beş ulduz sertifikatlaşdırma modeli müzakirə olundu
  • Bu gün, 13:53
    Elxan Səmədovdan bombardirə xüsusi hədiyyə
  • Bu gün, 13:18
    "Şəfa"da növbəti müqavilə
  • Bu gün, 13:11
    Kapitan daha iki il "Zirə"də
  • Bu gün, 12:59
    “Zirə”nin mümkün rəqiblərinin sayı azaldı
  • Bu gün, 12:46
    "Zirə"ni Konfrans Liqasının püşkatma mərasimində kim təmsil edəcək?
  • Bu gün, 12:39
    UFC Fight Night Baku turnirinə 70–ə yaxın ölkədən azarkeşlər gözlənir
  • Bu gün, 12:16
    Federasiyada yeni komitə yaradıldı
  • Bu gün, 12:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Bu gün, 11:52
    Ozancan Türkiyə klubunda forma geyəcək
  • Bu gün, 11:39
    "Qarabağ"ın Avropa Liqasındakı rəqibi kim olacaq?
  • Bu gün, 11:36
    "Sabah"ın potensial rəqiblərinin sayı azaldı
  • Bu gün, 11:28
    Komandasının ilk oyununa hazırdı
  • Bu gün, 11:04
    "Sabah"ın rəqibi bu gün bəlli olacaq
  • Bu gün, 10:53
    Seneqal və Misirə ulduz qadağası
  • Bu gün, 10:32
    Mbina daha üç il "Sabah"da
  • Bu gün, 10:22
    "Mənə dedi ki, maaşın çoxdu, hazırda büdcəmiz həmin vəsaiti ödəmək üçün yetərli deyil" - Rövşən Hüseynli
  • Bu gün, 10:00
    Niderlanddan Almaniyaya üz tutacaq
  • Bu gün, 09:06
    Daha iki heç-heçə - DÇ səhəri
Daha çox
Oxunub: 501
AFFA-dan “Turan Tovuz”un avrokubok problemiylə bağlı açıqlama – son dəqiqə
Oxunub: 277
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 263
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 261
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 229
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə