• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Gözlənilməz məğlubiyyət, Razqrada daşınan ümidlər... - REPORTAJ

Reportaj / Çempionlar Liqası

10-08-2024, 21:0

Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyun
Qarabağ – Ludoqorets (Bolqarıstan) 1:2 (0:0)

97. Fabian Buntiç
27. Toral Bayramov
(44. Elvin Cəfərquliyev, 67)
81. Kevin Medina
13. Bəhlul Mustafazadə
29. Marko Veşoviç
(2. Mateus Silva, 75)
8. Marko Yankoviç
6. Julio Romao
7. Yassin Benzya
(17. Hamidu Keyta, 65)
10. Abdulla Zubir (k)
15. Leandro Andrade
18. Olaviyo Juninyo
Ehtiyat oyunçular
12. Sadiq Məmmədzadə
30. Abbas Hüseynov
55. Bədavi Hüseynov
20. Riçard Almeyda
24. Aleksey İsayev
66. Patrik Andrade
19. Redon Cica
90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov

39. Hendrik Bonman
3. Anton Nedyalkov (k)
24. Olivie Verdon
4. Diniş Almeyda
17. Fransisko Son
30. Pedro Naresi
23. Deroy Duarte
6. Yakub Pyotrovski
(18. İvaylo Çoçev, 82)
11. Kayo Vidal
9. Kvadvo Dua
(15. Edvin Kurtuluş, 90)
37. Bernard Tekpetey
(7. Rik Conatan, 61)
Ehtiyat oyunçular
1. Sercio Padt
67. Damyan Xristov
14. Deni Qruper
16. Aslak Vitri
8. Tedor Nedelev
82. İvan Yordanov
90. Spas Delev
10. Matias Tisera
12. Ruan Kruz
Baş məşqçi: Georgi Dermenciyev

Qollar: D.Almeyda, 56 (0:1). O.Juninyo, 65 (1:1). K.Vidal, 87 (1:2).
Vərəqələr: J.Romao, 11. O.Verdon, 34. O.Juninyo, 41. K.Vidal, 45+4. D.Duarte, 90+3 – sarı. K.Vidal, 89 – qırmızı (ikinci sarı).
Hakimlər: URS ŞNAYDER, Marko Sürxer, Benyamin Sürxer, Sven Volfensberger (hamısı İsveçrə).
VAR hakimi: Fədayi San (İsveçrə).
Hakim-inspektor: Marinus Koopman (Niderland).
UEFA nümayəndəsi: Riçard Havrilla (Slovakiya).
6 avqust. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 29300 tamaşaçı.
Birinci hissəyə 4, ikinci hissəyə 7 dəqiqə əlavə olunub.

21 (5) qapıya (“çərçivə”yə) zərbə 12 (4)
13 künc zərbəsi 2
2 ofsayd 0
7 qayda pozuntusu 20
2 (0) sarı (qırmızı) vərəqə 4 (1)
56 topa sahibolma (faizlə) 44

“Niyə belə oldu” – “Qarabağ”dan ən azı minimal fərqlə qələbə gözləyən minlərlə azarkeşin çərşənbə axşamından bəri dəfələrlə bu sualı özünə verdiyinə əminəm. Ayrı-ayrı oyunçular potensialından aşağı səviyyədə oynadı, yoxsa “Ludoqorets” gözləniləndən daha “dişli” rəqib çıxdı? Hakim Bolqarıstan çempionuna simpatiya bəsləyirdi, yoxsa “Qarabağ” rəqibini yetərincə qiymətləndirməmişdi? Belə sualların sayı çoxdu, tabloda qalan isə yalnız nəticədi. O nəticə ki, avqustun 13-də “Qarabağ”ı səfərdə yalnız qələbə üçün oynamağa məcbur edir.

“Ludoqrets” avrokuboklarda oyun təcrübəsinə görə “Qarabağ”dan geri qalsa da, hiyləgərliyinə söz ola bilməz. Bolqarların ilk 20 dəqiqədəki oyunu müəyyən mənada pərdələnmə idi. Öz qapısına doğru çəkilən bolqarlar müdafiə olunur, tez-tez qayda pozuntusuna yol verməklə, bəzən hətta simulyasiya etməklə tempi aşağı salırdılar. “Qarabağ” zaman-zaman təhlükəli vəziyyətlər yaratsa da, real qol imkanlarından danışmaq çətindi. Hə, uzaqbaşı Bəhlulun 18-ci dəqiqədə növbəti dəfə ofsayddan fərqlənməsini yada salmaq olar. Elə həmin Bəhlulla Buntiç arasındakı anlaşmazlıq az qala rəqibin 33-cü dəqiqədə hesabı açmasıyla nəticələnəcəkdi. Yaxşı ki son Avropa çempionatının iştirakçısı Dua boş qapıya düşə bilmədi.

Meydana eynilə “Linkoln”a qarşı oynayan heyəti buraxan Qurban Qurbanov, mənə elə gəlir ki, artıq ilk yarıda Veşoviçlə Bayramovun mənasız, hücumu kəskinləşdirməyə xidmət etməyən cinah ötürmələrinin bir işə yaramayacağını anlamışdı. Bu üzdən onları 2-ci hissənin gedişində əvəzləməsi anlaşılandı. Sadəcə, Mateus Silva ilə Cəfərquliyev də baş məşqçinin ümidlərini doğrultmadı. Buna qədər isə artıq komandalar hərəyə bir qol vurmuşdu. Əslində Tekpeteyin 46-cı dəqiqədə penalti nöqtəsi üzərindən “çərçivə”yə düşə bilməməsi ağdamlılar üçün həyəcan siqnalı rolunu oynamalıydı. Amma belə olmadı və bolqarlar arzuladığı qolu 56-cı dəqiqədə vurdu. Ədalət naminə buna qədər Benzya ilə Medinanın hesabı açmaq imkanının olduğunu da qeyd etməliyik. 54-cu dəqiqədə Tekpetey daha bir real qol vəziyyətini əldən verdi. Və bundan dərhal sonra...

Adi bir standart vəziyyətdən qol buraxdıq. Son sağ cinahdan qapı önünə asma etdi, Veşoviçin gözdən qaçırdığı Almeyda qarşısıalınmaz baş zərbəsi ilə hesabı açdı. “Qarabağ” çox tez hesabı bərabərləşdirdi. Veşoviç topu qapı önünə göndərdi, Benzyanın qapıçıdan dönən zərbəsini Juninyo qolla tamamladı. 78-ci dəqiqədə kornerin ardından Medina fərqlənməyə yaxın oldu. Yəqin ki, onu və Juninyonu “Qarabağ”ın meydandakı ən fəal oyunçuları adlandıra bilərik. Əvəzində Zubir, Yankoviç, Andrade, sonradan oyuna qoşulan Keyta heç nə ilə yadda qalmadı. Ağdamlılar son 10 dəqiqədə hücumların sayını artırdı. Belədə rəqib də əks-hücumlar üçün geniş zona qazanırdı. 86-cı dəqiqədə Rikin zərbə mövqeyinə çıxardığı Duanın fərqlənməsinə hokkey qapıçıları kimi reaksiya göstərən Buntiç mane oldu. Təəssüf ki, elə bu hücumun davamında bolqarlar qələbə qolunu vurdu. Rikin cərimə meydançasına ötürməsinin qarşısını almaq istəyən Bəhlul topa uğursuz şəkildə toxundu, Son eynilə ilk qoldakı ötürmənin bənzərini verdi, Mateusla Keyta “yatdı”, Vidal baş zərbəsi ilə topu tora göndərdi.

Bir qədər sonra elə həmin Vidal Medinaya qarşı kobudluğa görə meydandan qovuldu. Hərçənd rəqib müntəzəm kobudluqlara görə “qırmızı”nı çoxdan haqq etmişdi. Uzatma dəqiqələrində Juninyonun hesabı bərabərləşdirmək imkanları olsa da, qapıçı Bonman yerində idi. Maraqlıdı ki, Qurbanov bu zaman kəsiyində hücumu gücləndirməyi lazım bilmədi. Halbuki Cica ilə Axundzadədən birinə şans vermək olardı. Beləliklə, evdə gözlənilməz məğlubiyyətlə üzləşən “Qarabağ” çərşənbə axşamı çətin səfər oyununa çıxacaq. Rəqibin Tekpetey və Vidal kimi aparıcı oyunçuların köməyindən məhrum olması müəyyən ümid yaradır. Çempionumuz səfərdə necə deyərlər, “boyundan yuxarı tullanmalıdı”. Çətin, amma mümkün missiyadı!

ORXAN

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

6-08-2024, 19:0

“Qarabağ” - “Ludoqorets”: START HEYƏTLƏRİ

Ölkə futbolu

16-07-2024, 18:0

“Qarabağ” - “Əl-Şabab”: START HEYƏTİ

Çempionlar Liqası

23-07-2024, 19:0

“Linkoln” - “Qarabağ”: START HEYƏTLƏRİ

Premyer-liqa

9-08-2024, 18:0

“Qarabağ” - “Kəpəz”: START HEYƏTLƏRİ

Premyer-liqa

2-08-2024, 19:0

“Araz-Naxçıvan” - “Qarabağ”: START HEYƏTLƏRİ

Ölkə futbolu

20-07-2024, 18:0

“Qarabağ” bir gündə 6 qol vurdu - REPORTAJ

Aktual
“Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
“Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
“Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
“Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
Son xəbərlər
  • Bu gün, 22:09
    “Mən istərdim ki, dörd klubumuz qruplara vəsiqə qazansın” – Mircavadov
  • Bu gün, 21:30
    Qadın güləşçimizdən tarixi uğur
  • Bu gün, 21:01
    Yubiley qolunun müəllifi oldu
  • Bu gün, 20:30
    “Şamaxı” yeni qapıçı transfer etdi
  • Bu gün, 19:55
    İki güləşçimiz finalda - AÇ
  • Bu gün, 19:17
    "Karvan-Yevlax"da ayrılıq
  • Bu gün, 18:46
    Əvəzedicilər Liqası nə vaxt başlayacaq?
  • Bu gün, 18:15
    “Belə rəqibin düşməsi də “Qarabağ”ın xeyrinə oldu ki, çətinlik çəkməsin” – bu “Qarabağ” əvvəlki “Qarabağ”dı?
  • Bu gün, 17:44
    Almaniyaya qayıtdı
  • Bu gün, 17:13
    Gözlənilən aqibətlə üzləşdi
  • Bu gün, 16:42
    Niderlandda qərar tutdu
  • Bu gün, 16:11
    Messi həm də dünya çempionatının antirekordçusudu!
  • Bu gün, 15:40
    ''Fənər''in sabiq üzvü ''Qalatasaray''a gələsi olmadı?
  • Bu gün, 14:48
    ''Beşiktaş'' bir gündə həm qalib gəldi, həm də məğlub oldu
  • Bu gün, 14:17
    ''Lill'' daha bir türkiyəli futbolçu transfer etdi
  • Bu gün, 13:48
    “Qarabağ” Duranın növbəti satışından da pay alacaq? – klub rəsmisinin cavabı
  • Bu gün, 13:17
    Belçika İspaniyanın seriyasına son qoysa da... - Merino yenə qəhrəmana çevrildi
  • Bu gün, 12:47
    Mahir “Kayzerslautern”in qalib gəldiyi matçda oynadı
  • Bu gün, 12:15
    “Mingəçevirə böyük futbolun gec-tez gələcəyinə inamım tamdı” - Ramiz Məmmədov vidalaşdı
  • Bu gün, 11:44
    "Qarabağ" 59-cu sıradadı, bəs, başqaları? - UEFA reytinqi
  • Bu gün, 11:15
    Bakıda IBA Çempionlar Gecəsi keçirilib
  • Bu gün, 10:45
    “Sabah”, “Qarabağ” və “Zirə” rəqiblərə işgəncə verib – bu gün ağa bizik!
  • Bu gün, 10:23
    "Komandanın vəziyyəti – həm fiziki, həm də mental cəhətdən yaxşıdı” - Yuri Vernidub
  • Bu gün, 10:06
    Girassi ''Fənərbaxça''ya gələsi olmadı
  • Bu gün, 09:52
    Yalnız Azərbaaycan və Gürcüstan 0,750 əmsal topladı! – amma...
  • Bu gün, 01:03
    İspaniya da yarımfinala çıxdı - DÇ gecəsi
  • Dünən, 23:58
    “İmişli”nin burda oynaması baxımından problem yoxdu - “meydança indiki vəziyyətdə tam yararlıdı”
  • Dünən, 22:46
    "Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 22:30
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:45
    Florensiyanı tərk etdi
  • Dünən, 21:04
    “Torpedo”nun zəif nöqtələrini yaxşı təhlil etmişdilər" - Sumqayıtdakı darmadağını şərtləndirən səbəblər nədi?
  • Dünən, 20:46
    MS-ni tərk edə bilər
  • Dünən, 19:35
    "Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
  • Dünən, 19:00
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:30
    Avrokuboklarda ən uğurlu həftə
Daha çox
Oxunub: 208
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 136
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 135
Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
Oxunub: 133
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə