• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Amerika komanda hesabında Çini qabaqladı - kişilər 17-ci, qadınlar 10-cu dəfə çempion oldu!

İdman

16-08-2024, 23:0

Fransada keçirilən 33-cü Yay Olimpiya Oyunları srağagün başa çatdı.

Etiraf etmək lazımdı ki, təşkilatçılıqla bağlı bütün qalmaqallara və çətinliklərə rəğmən, Paris Olimpiadası uzun müddət unudulmayacaq. Məlum səbəbdən turnirdən kənarda qalan Rusiyanın informasiya kanallarının Azərbaycana ötürdüyü mənfi ruhlu xəbərlər də var idi. Amma ümumilikdə Paris Olimpiadası bir çox dünya və olimpiya rekordlarının qeydə alındığı, ABŞ və Çin arasında son saniyəyə qədər davam edən birincilik yarışı ilə əlamətdar oldu.

Ən populyar idman növlərindən olan boksda qardaş ölkə Özbəkistanın uğurunu qeyd etməliyik. Kişilər arasında 7 çəki dərəcəsinin beşində məhz bu ölkənin təmsilçiləri fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Qaliblərdən biri də Azərbaycan təmsilçisi Alfonso Domingesə (92 kq) göz açmağa imkan verməyən Lazizbek Mullajonov oldu. Yeri gəlmişkən, bu çəki dərəcəsi üzrə mükafatlandırma mərasimində maraqlı hadisə baş verdi. 3-cü yeri tutan Tacikistan təmsilçisi Davlat Boltayevin şərəfinə ölkəsini yox, Taylandın bayrağı qaldırıldı.

Bu Olimpiada ABŞ-nin kişlərdən və qadınlardan ibarət basketbol yığmalarının benefisinə çevrildi. ABŞ və Fransa yığmaları arasındakı finalı hər kəs səbirsizliklə gözləyirdi. Serbiya ilə yarımfinal oyununda ilk üç çeyrəkdə uduzan, yalnız sonuncu çeyrəkdə hadisələrin axarını öz xeyrinə dəyişən amerikalılar bu dəfə işi sona saxlamadı. Onlar ilk yarıdan sonra 8 xal öndə idilər ki, sona qədər bu üstünlüyü qoruya bildilər. 24 xal toplayan, 13 üçxallıq atışından 8-i dəqiq olan Stefen Karri qələbədə önəmli rol oynadı.

Tarixində 17-ci, ardıcıl 5-ci dəfə olimpiya çempionu olan ABŞ yığmasının heyətində başqa seçilən adlar da var idi. Lebron Ceyms kişilərin turnirində ən dəyərli oyunçu sayıldı. 39 yaşlı ulduz hər oyunda orta hesabla 14,2 xal, 8,5 ötürmə, 6,8 ribaund və 1,3 topələkeçirmə ilə yadda qaldı. Karyerasında 3-cü dəfə olimpiya çempionu olan Lebron Olimpiada-2028-də iştirak perspektivi haqda da danışdı: “Mən özümü Los-Anceles Olimpiadasında oynayan kimi təsəvvür etmirəm. Yeri gəlmişkən, heç Paris Olimpiadasında da təsəvvür etmirdim. Ancaq 4 ildən sonra – yox-yox, bunu təsəvvür edə bilmirəm”.
ABŞ yığmasının forvardı Kevin Dürant isə komanda idman növlərində ilk dördqat olimpiya çempionu oldu. O, buna qədər 2012, 2016, 2020-ci il Olimpiadalarında da qızıl medalı boynundan asmışdı.
Kişilərdən ibarət yığma şənbə günü qalib gəldisə, bazar günü qadınlardan ibarət yığma estafeti qəbul etdi. Amerikalı xanımlar Olimpiadalarda ardıcıl 62-ci qələbəsini qazandı. Onlar ardıcıl 8-ci, ümumilikdə 10-cu dəfə olimpiya çempionu oldular.

Məhz qadın basketbolçular arasında final görüşü Paris Olimpiadasının sonuncu yarışı idi. ABŞ bu qızıl medal sayəsində komanda hesabında Çini qabaqladı. Ştatlardan olan idmançılar 40 qızıl, 44 gümüş, 42 bürünc, çinlilər isə 40 qızıl, 27 gümüş, 24 bürünc medal qazandılar.

Serbiya yığmasının mərkəz oyunçusu Nikola Yokiç Almaniya ilə 3-cü yer uğrunda oyunun qəhrəmanlarından oldu. Serblərin 93:83 hesablı qələbəsiylə bitən oyunda 29 yaşlı ulduz 19 xal, 12 ribaund və 10 məhsuldar ötürmə ilə yadda qaldı. Yokiç Olimpiadanın basketbol turnirinin tarixinə bir oyunda tripl-dabl etməyi bacaran 4-cü oyunçu kimi düşdü. Ona qədər belə nəticəyə Lebron Ceyms (2012, 2024), sovet basketbolçusu Alekandr Belov (1976) və sloveniyalı Luka Donçiç (2020) nail olmuşdu. Yokiçin 2016-cı il Olimpiadasının gümüş medalçısı olduğunu da xatırladaq.

Paylaş:
Digər xəbərlər

İdman

1-08-2024, 20:0

Paris-2024: Daha bir cüdoçumuz olimpiya çempionu oldu

Maraqlı

26-04-2023, 17:0

Dünya çempionu 200 min dollar qazanacaq

İdman

3-08-2024, 10:0

Medal sıralamasında 18-ci pillədəyik - Paris-2024

Aktual / İdman

17-10-2023, 11:0

Həndbol üzrə 30-cu ölkə çempionatının start tarixi məlum oldu - ÖZƏL

İdman

7-06-2024, 15:0

2036 Olimpiadası Qətərdə keçiriləcək?

Aktual
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
“Sabah” Maludanı 3 milyon avroya satdı!
KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
“Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
“Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Son xəbərlər
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etdiyimiz qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 19:42
    “Sabah” Maludanı 3 milyon avroya satdı!
  • Dünən, 18:53
    Azərbaycan dünya çempionatında ilk medalını qazandı
  • Dünən, 18:22
    "Qəbələ" portuqaliyalı vinger aldı
  • Dünən, 18:00
    KuPS - "Sabah": START HEYƏTLƏRİ
  • Dünən, 17:30
    KuPS “Sabah”la oyunu əlavə vaxta daşımağa çalışacaq – Kuopioda konsert və yüzlərlə boş tribuna...
  • Dünən, 17:10
    “İmişli”nin akademiyasında təlim təşkil olundu
  • Dünən, 16:44
    “Hücumlar edəcəklər, belədə boşluqları daha rahat tapacağıq” - KuPS-un futbolçusundan inamlı açıqlama
  • Dünən, 16:13
    “Araz-Naxçıvan” Qəbələdə bu şəhərdə qəbul edəcək
  • Dünən, 15:52
    “Sabah” cüzi fərqlə favoritdi – “bayquşlar”ın qələbəsi qazancı ikiqat edəcək
  • Dünən, 15:33
    Fiziki performansın qiymətləndirilməsi üzrə vebinar keçirildi
  • Dünən, 15:01
    "Qarabağ" və “BonAqua” arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandı
  • Dünən, 14:06
    Arda Gülər Mourinyo haqda nə dedi?
  • Dünən, 13:50
    “Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
  • Dünən, 13:19
    “Turan Tovuz”da əsas çətinlik motivasiya ola bilər” – beş iddialıdan hansı bir addım öndədi?
  • Dünən, 12:58
    "Səbail"in sabiq qapıçısı "Xankəndi"də
  • Dünən, 12:37
    AFFA məşqçilər üçün onlayn təlim keçirdi
  • Dünən, 11:54
    Millimiz Portuqaliya ilə üz-üzə gələcək
  • Dünən, 11:23
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 10:52
    “Sabah”ın matçını bu kanal göstərəcək
  • Dünən, 10:31
    “Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
  • Dünən, 10:00
    İstanbul nəhənglərinin hədəfində olan ulduzdan transfer açıqlaması
  • 27-07-2026, 23:0
    Leverkuzenə qayıtmayacaq
  • 27-07-2026, 22:0
    KuPS bu heyətlə 30 dəqiqədə 3 qol vurdu - "Sabah"ı nə gözləyir?
  • 27-07-2026, 22:0
    "Sabah mövsümün ən yaxşı oyununu oynamalıyıq..." - KuPS-un baş məşqçisi
  • 27-07-2026, 21:0
    Valdas Dambrauskas: "İlk qarşılaşma KuPS-un həqiqi gücünü tam şəkildə göstərmədi"
  • 27-07-2026, 21:0
    İngiltərə futbolunda böyük itki
  • 27-07-2026, 20:0
    "İmişli" anqolalı oyunçu transfer etdi
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 110
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 108
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Oxunub: 104
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə