Konfrans Liqası: "Zirə"nin Bakıdakı oyununu latviyalı hakim idarə edəcək

16.08.2024 14:33 326
Konfrans Liqası
Bakıda "Zirə" və Cənubi Kiprin "Omoniya" komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu idarə edəcək hakim müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, matç Latviyadan olan Vitaliys Spasyonnikovsa tapşırılıb.

Qeyd edək ki, avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq qarşılaşma saat 20.00-da start götürəcək.

İlk görüş avqustun 22-də baş tutacaq.