"Qarabağ" xal ehtiyatımızı artırdı

14.08.2024 11:34 321
Ölkə futbolu
Avrokubokların 3-cü təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, "Qarabağ"ın "Ludoqorets"ə (Bolqarıstan) qalib gəlməsi (7:2) ölkəmizə daha 0,250 xal qazandırıb.

Xalını 18,750-ə yüksəldən Azərbaycan reytinqdə 25-cidi. Qazanılan xallara baxmayaraq, ölkəmiz bir pillə geriləyib. Buna İsveçin irəliləməsi səbəb olub. Eyni xalı olan İsveç 24-cü, Kipr isə 18.474 xalla 26-cıdı. Əlavə edək ki, siyahıya İngiltərə (89.160) başçılıq edir.