İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (İPFA) premier-liqanın 2023/24 mövsümünün ən yaxşı oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.
Qurumun sosial şəbəkə hesablarında yayılan məlumatda namizədlərin siyahısına 6 futbolçunun düşdüyü bildirilib. Onlar Erlinq Holann, Filip Foden, Rodri (hamısı “Mançester Siti”), Koul Palmer (Çelsi), Martin Odeqor (Arsenal) və Olli Uotkinsdi (Aston Villa).
Mükafatlandırma mərasimi avqustun 20-də keçiriləcək. Xatırladaq ki, premyer-liqanın son mövsümünün qalibi MS olub.