İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (İPFA) premyer-liqanın 2022/23 mövsümünün ən yaxşı oyunçusu adına namizədləri müəyyən edib.
"Football-plus.az" xəbər verir ki, nominantların siyahısına 6 futbolçu daxil edilib. Fərdi mükafata iddia edənlər Kevin De Bruyne, Erlinq Holann, Con Stounz (hamısı “Mançester Siti”), Harri Keyn (Tottenhem), Martin Edeqor və Bukayo Sakadı (hər ikisi “Arsenal”).
Xatırladaq ki, premyer-liqanın son mövsümündə “Mançester Siti” çempion olub.