“Zirə”nin ilk oyunda şansı yox idi“ - “Osiyek”in baş məşqçisi

14.08.2024 19:58
Manşet / Konfrans Liqası
“Osiyek” Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Bakıda "Zirə"nin qonağı olacaq.

“Football-plus.az” xəbər verir ki, Xorvatiya təmsilçisinin baş məşqçisi Federiko Kapitelli matçdan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- “Zirə”nin ilk matçda qol vura biləcəyinə inanmadığınızı demişdiz. Nəyə görə belə düşünürdüz?

- Yox, mən o mənada deməmişdim. Sual komandanın müdafiəyə çəkilməsi ilə bağlı idi. Bu, həm də əvvəlki oyunların yorgunlugu ilə bağlıdı. “Zirə”nin ilk oyunda şansı yox idi. Buraxılan qol bizim müdafiəmizlə əlaqədar oldu.

- ⁠Meydançadakı ot örtüyü ilə yəqin ki, tanış olmusuz. Bu cür şəraitdə oynamaq sizə nə qədər rahat olacaq?

- ⁠Meydançadan aslı olmayaraq biz hər şeyə öyrəşməliyik. Bizim ot örtüyü ilə buradakı arasında çox fərq var.

- ⁠Erməni futbolçunu Bakıya gətirmisinizmi? Onun yoxluğu komandaya necə təsir edəcək?

- Bizim üçün ciddi itkidir. Məlum səbəblərə görə onu bura gətirə bilmədik. Bunun səbəbi zədəli və ya cəzalı olması deyil.

- Pyer Zebleni əvvəlcədən tanıyırdınızmı?

⁠- ⁠Bəli, tanıyıram. O Belçikanın bir klubunda çıxış edib. Yaxşı oyunçudur. Ona uğurlu karyera arzulayıram.

- ⁠Əlavə vaxtda və penaltilər seriyasına hazırsınızmı?

- ⁠Əlbəttə hazırıq. Bu bir ehtimaldı. Bizdə bu cür hal yaransa ona uyğun çıxış edəcəyik.