“Neftçi” - “Qarabağ” matçının vaxtı dəyişdirildi

25.04.2023 23:51 254
Premyer-liqa
Ölkəmizdə baş tutacaq Formula 1 üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar Misli premyer-liqasının 32-ci turunun “Neftçi” – “Qarabağ” qarşılaşmasının keçiriləcəyi tarix və saat dəyişdirilib.

“Football-plus.az” xəbər verir ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi 30 aprel saat 19.00-da yox, 2 may saat 20.00-da “Bakcell Arena”da keçiriləcək.