"Sabah" Misli premyer-liqasının 2-ci turunda evdə "Zirə”yə məğlub oldu - 0:2.
"Football-plus.az" xəbər verir ki, "bayquşlar”ın baş məşqçisi Krunsolav Renduliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
“Öncə rəqibi təbrik edirəm. Onlar bu gün qələbəyə layiq idi. Oyunçularıma heç nə deyə bilmərəm. Çünki, oyuna yanaşmaları çox yaxşıdı. Ancaq əfsuslar olsun ki, heç nə edə bilmədik”.
- Oyunla bağlı planınız nə idi və nə düzgün işləmədi?- Bilirdik ki, “Zirə” çox çətin komandadı. Demək olar ki, bu oyun ötən mövsümkünə bənzər idi. Oyunda hər şey bizim nəzarətimiz altında idi. Lakin penaltidən sonra vəziyyət dəyişdi.
- Amin Seydiyev haqda nə düşünürsüz?Avrokuboklardada səhvlər edir. Ona istirahət verməyi düşünürsüz?- Futbol pleysteyşn deyil. Futbolçular oynayırlar və səhv edirlər. Səhvlər olmasa hər oyun 0:0 olar. Demək istəmirəm ki, o, mükəmməldi. Deyəsən, burda fərqlidi. Amma mənim oyunçum səhv etsə belə dəyişmək istəmirəm. Ona dəstək olmaq istəyirəm. 6-7 oyunçumuz səhv edir. Hamısını dəyişə bilmərəm. Amma razıyam ki, onun istirahətə ehtiyacı var.
- "Makkabi" ilə görüşdən sonra demişdiz ki, bir faiz şansımız var idi və mərhələni keçdik. Amma həmin matçdan sonra "Sabah" bugünkü oyuna qədər qollar buraxır, uduzur. Komandada xaos olduğu görünür. Səbəb nədi? Son üç oyunda niyə uğursuzluq var? Bəlkə "Makkabi"ni keçdiyiniz üçün futbolçularda eyforiya yaranıb?- Hər şey yaxşı olanda, əlbəttə, bu xəbər olmur. Amma nəsə yolunda getməyəndə, pis xəbərlər çıxartmaq istəyirlər. Bu həmişə belədi. Məsələn, keçən il çempionatı 3-cü bitirəndə heç kim demədi ki, bunlar mükəmməl iş gördülər. Demək olar ki, eyni heyətdi. Deməzdim ki, “Barselona”yıq. Ancaq uduzanda da deməzdim ki, bərbad komandayıq. Bəzən yaxşı bəzən də pis vəziyyətdə olursan. Lakin ola bilsin ki, pdoblem var. Ancaq heç vaxt bunu üzə çıxartmaq istəmirəm. “Şamaxı”yla oyunda qapıya 2 zərbə vurdular və o da qol oldu. “Sent-Patrik”ə qarşı 10 nəfərlə oynadıq və 0:1 uduzduq. Fəqət uduzanda da heç nə bitməyib. Ən böyük problemimiz cavab matçında Lepiniçanın olmamasıdı. Çalışacayıq ki, qarşıdakı 3 gün ərzində bunu aradan qaldıraq.
- Öz rəhbərliyiniz altında "Sabah"ın sabahını necə görürsüz?- Bu klub gəncdi. Bunu bilməliyik. Hər il bu klub inkiçaf edir. 7 il içərisində demirəm ki, mükəmməl nəticələt əldə etmişik. Amça çox yaxşı nəticələr qazanmışıq. Bir şey də bilməliyik ki, “Sabah” Avropada çox məşhur komanda deyil. Buna baxmayaraq, artıq 2 ildi ki, avrokuboklara düşürük. Bu işlər asan olmur. Məsələn, öz ölkəm - Xorvatiyadakı Zaqreb “Dinamo”sunu götürək. İndiki vəziyyətə gəlmək üçün 20 il çalışıb. Bu uzun prosesdi. Bəs, “Neftçi” nə deyə bilər? Avropaya düşmədilər. Nə oldu? 2 il ərzində gördüyümüz işlərlə fəxr etməliyik. Əlbəttə ki, uduzmuşuq. Bu məyusedicidi.
Suallar veriləndə aqressiv olursuz. Niyə belədi?- Sosial mediada hesabım yoxdu. Nə baş verirsə, mətbaut konfranslarında öyrənirəm. Üzr istəyirəm.
- İrlandiyadakı məğlubiyyətdən sonra düşüncəniz sırf o qarşılaşmada idi, yoxsa "Zirə" görüşünə fokuslanmışdı? Bu məğlubiyyətdən sonra oyunçuları "Sent-Patriks"lə matça hazırlamaq çətin olmayacaq?- Məşqçi olaraq həmişə oyundan sonrakı oyuna köklənirəm. Bu yaxşı bir şey deyil ki, növbəti oyunu saxlayıb, sonrakına köklənəsən. Biz qalib gəlmək istəyirdik Əfsuslar olsun ki, buna nail olamdıq. İmkan verməyəcəm ki, əhval-ruhiyyəmiz düşsün. Oyundan sorna da uşaqlara dedim ki, bunu unuduruq. Hələ qarşıda 34 tur var. Avropada mübarizə aparırıq.
- Sizcə, həqiqətən də biz "Sabah"dan reallıqdan uzaq çox şey gözləyirik?- Əlbəttə ki, bizim gələcəyə yönəlik bəzi məqsədlərimiz ola bilər. Biz də Konfrans Liqasının qrupunda oynamaq istəyirik. 3-4 il öncə mövsümü 8-ci yerdə bitirmişdik. Klub inkişaf etməlidi. Realist olmalyıq. Addım-addım inkişaf etməliyik. Dediyiniz hədəflərə çatacayıq. Bunun üçün 3-5 il zaman lazımdı.
- "Sent-Patriks" və "Neftçi" ilə görüşlərdə alınacaq uğursuz nəticələr sizin kreslonuzu tərpədə bilər? Yoxsa, "Makkabi"ni keçməyiniz sizin üçün sığortadı?- Bizim mətbuat konfransımız məğlub olanda 25 dəqiqə, qalib gələndəysə 5 dəqiqə çəkir. Nə baş verəcəksə, önəmli deyil. Belə şeyləri fikirləşsəm, 2 günə dəli olaram. Bu ancaq kofeşoplarda danışılacaq suallardı. “Sent-Patrik”lə oyunumz var. Ona köklənəcəyik.
- Oyunçu əgər qırmızı alırsa və ya səhvlərə yol verirsə, bunu sizdən soruşmayıb kimdən soruşaq?- Soruşmalısınız. Haqqınızdı. Amma biz də insanlarıq. Həm yaxşı həm də pis şeylər edə bilərik. Məsələn, səfər oyununda İvana 2-ci “sarı”nı niyə verdi baş açmadım. Hakimlikdən danışmağı xoşlamıram. Ancaq hakimin rəqib komandanın qonşu ölkəsindən olması normal deyil. Fəqət həmin oyunu buna görə uduzmadıq.
KAMAL SƏFƏR