"Lazımsız səhvlər etdik, qərarları vaxtında verə bilmədik"

9.08.2024 11:30 387
Manşet / Konfrans Liqası
Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Sent Patriks"lə qarşılaşan "Sabah" ilk oyunda uduzub - 0:1.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın çalışdırıcısı Krunoslav Renduliç matç haqda danışıb:

"Əvvəlcə rəqibi təbrik edirəm, onlar bu gün qələbəyə layiq idi. İlk 10-12 dəqiqə demək olar ki, topa nəzarət tamamilə bizim tərəfimizdə idi. Lakin sonra lazımsız səhvlər etdik, qərarları vaxtında verə bilmədik. İkinci hissə başladıqdan 5-6 dəqiqə sonra azlıqda qaldıq. Bütün bunlara baxmayaraq, nəticə bizim üçün yaxşıdı. Biz ilk 90 dəqiqəni 1:0 hesabı ilə uduzmuşuq, hələ heç nə həll olunmayıb".

Qeyd edək ki, "Sabah" - "Sent Patriks" görüşü avqustun 15-i saat 20.00-da başlayacaq.