Superliqanın debütantı “Eyupspor” “Fənərbaxça”nın sabiq forvardı Mame Tiamı heyətinə qatıb.
31 yaşlı seneqallı forvard ötən mövsümün ilk dövrəsini “Kayserispor”, ikinci dövrəsini “Pendikspor”da keçirmiş və 18 qol, 7 məhsuldar ötürmə ilə 25 qolun vurulmasında yaxından iştirak etmişdi.