• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” erkən çempion oldu, amma mövsümün kəşfi “Jirona”dı

Dünya futbolu

9-08-2024, 21:0

“Real” birillik fasilədən sonra çempionluğu özünə qaytardı.

“Gözlənildiyi kimi” ifadəsini də işlətmək olar, ancaq mövsümün belə bitəcəyi yalnız payızdan sonra – “Barselona” ilə “Atletiko”nun ən yaxşı kondisiyalardan uzaq düşdüyü bilinəndə aydın oldu.

La Liqada artıq illərdi formalaşan ənənə var: mövsümün sonunda “Real”, “Barselona” və “Atletiko” ilk “üçlük”də olmalıdı. Çempionat yolu ilə ÇL-ə yollanmağa imkan verən yalnız bir yer qalır. Ona isə “Atletik”, “Real Sosyedad”, “Betis” və başqaları iddia edir. Ancaq “Jirona”... Kataloniyanın kiçik təmsilçisi “Bayer-04” ilə yanaşı, Avropada mövsümün möcüzələrindəndi. Və o da aydındı ki, “Jirona” bu mövsüm özünü ilk “10-luq”da görsə, böyük uğur olar. Komanda bir neçə cəbhədə mübarizə aparmağın çətinliyini yaşayacaq. Hələ ki “Jirona” vitrindədi, özü də bunu haqq edib. “Real” çempionluq yarışında uzun müddət “Jirona”dan uzaqlaşa bilmədi. Madrid nəhəngi mövsüm ərzində biri çempionatda, o biri kubokda olmaqla iki dəfə məğlubiyyətlə üzləşib. Hər iki halda da “Atletiko” ilə oyunda. “Hindular” “Real”ın “Bayer-04”ün qəhrəmanlığını təkrarlamasına imkan vermədi. “Real” ən yaxşı hücum və müdafiə xəttinə malikdi. Düzdü, nə Zamora, nə də Piçiçi mükafatını qazanmaq mümkün oldu. Derbilərdə qələbə “Atletiko”ya da nəsə qazandırmadı. Komanda tipik durğunluq dövrü yaşayır. Qrizmann çalışır, fədakarlıq edir, “yeni qan” (Lino, Rikelme, Barrios) da nəsə etməyə çalışır, ancaq lazımi nəticə yoxdu. Bəlkə artıq Dieqo Simeonenin sükanı başqasına verməsinin vaxtı çatıb? O, Çempionlar Liqası istisna olmaqla bu klubda hər şey qazanıb.

Nəinki İspaniyanın, dünyanın da ən populyar klublarından olan “Barselona” haqda da danışaq. Onun düşərgəsindən durğunluq qoxusu gəlmir. Hansısa böhrandan (kadr problemləri, Balde, Qavi və De Yonq kimi həlledici oyunçuların zədələnməsi...) danışmaq da çətindi, ancaq “Barsa” ötənilki obrazına bənzəmədi. Kataloniyalıların hər iki “el-klasiko”da uduzması azmış kimi, “Jirona” ilə oyunlar da biabırçı nəticə ilə bitdi. Xavinin komandası bu rəqibə həm evdə, həm də səfərdə 2:4 uduzdu.
Bir qədər əvvəl də vurğuladığımız kimi, mövsümün əsas sensasiyası “Real”ın titulu vaxtından əvvəl təmin etməsi yox, “Jirona”nın 3-cü yeri tutması oldu. Mövsümdən əvvəl Miçelin komandası ortabablar və ta autsayderlər sırasında göstərilirdi. Sən demə, baş məşqçi arzuların komandasını yaradıb. “Jirona” məhsuldarlığa görə La Liqanın ikincisidi. Çempionatın bombardiri Dovbik, eləcə də ən yaxşı cokerləri – Portu ilə Stuani bu komandanın heyətindədi.
Bəs başqa komandaların çıxışı haqda nə demək olar? İspaniyanı avrokuboklarda “Atletik”, “Real Sosyedad” və “Betis” də təmsil edəcək. “Atletik” uzun müddət “ÇL zonası”na iddia etsə də, martdan başlayan qeyri-sabitlik bilbaoluların arzusunu gözündə qoydu. Onlar son 10 oyunun yalnız dördündə qələbə qazana bildi. Hər halda, Ernesto Valverde Bilbaoya titul qazandırdı. “Hindular” 40 ildən sonra ölkə kubokunu muzeyinə apardı.

“Real Sosyedad” da ÇL-ə vəsiqə uğrunda mübarizədə sona qədər davam gətirmədi. Basklar 4-cü yeri qorumaq üçün heyətini daha səviyyəli oyunçularla gücləndirməliydi. Oyarsaballa Kubonun fədakarlığı yalnız mövsümü 6-cı yerdə bitirməyə imkan verdi.
İspaniya futbolunda mövqeyini əldən verən “Sevilya”nın fonunda artıq “Betis” Andalusiyanın əsas komandasına çevrilib. Manuel Pelleqrininin çalışdırdığı “xiyarlar” çox çalışsa da, ötənilki nəticəsini (6-cı yer) belə təkrarlaya bilmədi, bu üzdən Konfrans Liqasında oynayacaqlar. Sevilya klubu mövsümboyu qeyri-sabitlikdən əziyyət çəkdi, az qol vurdu, qapısına çox qol gördü. Heyəti gücləndirmək üçün isə lazımi maliyyə yoxdu.

“Vilyarreal”la “Valensiya” mövsümün “sirli qutu”su idi. “Sarı sualtı qayıq” az qala “avrokubokların son qatarına sıçrayacaqdı”. Sadəcə, mövsümün ilk yarısında itirilən xalların yerini doldurmaq mümkün olmadı. Yalnız Aleksander Sörlotun qolçu bacarığına güvənməklə bütün vəzifələrin öhdəsindən gəlmək mümkün deyil. “Valensiya” isə demək olar ki, tam öz yetirmələrinin və bəzi ulduz olmayan legionerlərin hesabına oynayır. Ruben Baraxanın indiki “yarasalar”la bacarığının maksimumu budu. Klubun sahibi Piter Lim daha yaxşı nəticə istəyirsə, pul kisəsinin ağzını geniş açmalıdı.

Mövsümə çox yaxşı başlayan, 1-ci dövrədə evdə, demək olar ki, heç kimə uduzmayan “Las Palmas” sonradan “əyləci basdı” və elitada yerini çətinliklə qorudu. İlk “10-luq”da qərarlaşan “Alaves” yaxşı mənada təəccübləndirdi.

Mövsümün uğursuzları çox tez müəyyənləşdi. Bu siyahının önündə ilk qələbəsini yalnız 29-cu turda qazanan “Almeriya” qərarlaşıb. Bu komanda mövsümün sonunda ayıldı, hətta “Qranada”nı sonuncu pilləyə sıxışdıra bildi. “Qranada” tədricən “lift-komanda” imici qazanmaqdadı – La Liqadan aşağı və əksinə... Maraqlıdı ki, elə həmin “Qranada” “Barsa”dan iki dəfə xal aldı, bu komandanın qapısından 5 top leçirdi. Mövsümün 3-cü uğursuzu isə “Kadis” oldu. Maurisio Pelleqrinonun komandası “xilaskar” 17-ci yerdən 5 xal geridə qərarlaşdı.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

13-02-2024, 11:0

“Jirona”lılar “Real”ın hədəfinə düşüblər

Dünya futbolu

31-10-2022, 17:0

"Real Madrid" futbolçuları hakimdən narazılıq etdi

Dünya futbolu

10-08-2022, 14:0

“Real”dan “Jirona”ya keçdi

Dünya futbolu

10-01-2024, 19:0

“Jirona” “Atletiko”nu da cəzalandırdı

Dünya futbolu

25-07-2024, 18:0

“Jirona”dan birdəfəlik “Barselona”ya keçdi

Aktual
Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
“Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
Son xəbərlər
  • Bu gün, 00:58
    İsveçrə 1-сi, Kanada 2-ci oldu - DÇ gecəsi
  • Dünən, 23:25
    "Sabah" ilk yoxlama matçında heç-heçə etdi
  • Dünən, 22:50
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 22:00
    Azarkeşlər Azər Məmmədovu qəzəblə qarşıladı, lağa qoydu – rəhbərliyə ittihamlar
  • Dünən, 21:07
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 20:36
    İbrahimoviç Messini yerə-göyə sığdırmadı - ''Pele, Maradona və Kroyffdan da üstündü''
  • Dünən, 19:59
    Torreyra ''Boka Xuniors'' iddiaları üçün nə dedi?
  • Dünən, 19:34
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 18:26
    Məşhur futbolçu klubsuz qaldı
  • Dünən, 17:59
    “Zirə”nin rəqibində böhran – azarkeşlər “Torpedo”nun mərhələ keçəcəyinə inanmır!
  • Dünən, 17:15
    "Neftçi"dən növbəti transfer
  • Dünən, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Dünən, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Dünən, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Dünən, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Dünən, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Dünən, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Dünən, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Dünən, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Dünən, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Dünən, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Dünən, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Dünən, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Dünən, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Dünən, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Dünən, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Dünən, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Dünən, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • 23-06-2026, 23:0
    "Pafos" Muradın təqdimatını yayınladı
  • 23-06-2026, 23:0
    "Şahdağ Qusar"da yeni futbolçu
  • 23-06-2026, 23:0
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • 23-06-2026, 22:0
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • 23-06-2026, 22:0
    Mourinyo onları “Real”da görmək istəyir
  • 23-06-2026, 21:0
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 252
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 232
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 209
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 203
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə