"Neftçi" yeni transfer etdi

9.08.2024 13:55 404
Ölkə futbolu
"Neftçi" heyətinə yeni oyunçu cəlb edib.

"Football-plus.az" xəbər verir ki, "ağ-qaralar" "Sabah"dan qapıçı Rüstəm Samiqullini icarəyə götürüb. Onunla 1 illik müqavilə imzalanıb.

U-21 millimizin üzvü "Neftçi"də 30 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, "Neftçi" bu yay Emil Səfərov, Edvin Kuç, Ramil Şeydayev, Robert Bauer və Andrey Ştoqrini də heyətinə cəlb edib.