“Neftçi” növbəti transferini açıqladı

30.07.2024 19:57 379
Premyer-liqa
“Neftçi” heyətini ukraynalı hücumçu ilə gücləndirib.

“Football-plus.az” xəbər verir ki, “ağ-qaralar” Andrey Ştoqrinlə razılığa gəlib. Paytaxt təmsilçisi 25 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlayıb. O, "Neftçi"nin heyətində 88 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “ağ-qaralar” Edvin Kuç, Emil Səfərov, Ramil Şeydayev və Robert Baueri transfer edib.