Medinanın xərəkdə yola saldığı futbolçu əməliyyat olundu

8.08.2024 19:23 942
Aktual / Çempionlar Liqası
“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi “Ludoqorets”in futbolçusu Bernard Tekpetey əməliyyat olunub.

“Football-plus.az” xəbər verir ki, tibbi müdaxilə uğurlu alınıb. Klub saytının məlumatına görə, oyunçusunun baldır sümüyü sınıb. Tekpetey bir həftə sonra evə buraxılacaq. Bu o deməkdi ki, forvard avqustun 13-də keçiriləcək “Qarabağ”la cavab oyununda iştirak edə bilməyəcək.

Xatırladaq ki, Bernard Kevin Medina ilə mübarizədə zədə alaraq meydanı xərəkdə tərk etmişdi.

KƏNAN BAHADIR