Parisə yollanmaqdan imtina etdi

8.08.2024 16:30 352
Dünya futbolu
Yozua Kimmix hazırkı klubuna sadiq qalıb.

O, PSJ-dən aldığı cəlbedici təklifi geri çevirib. Alman müdafiəçi karyerasını “Bavariya”da davam etdirməyi lazım bilib. “Sky Sports”un yaydığı xəbərdə futbolçunun klubu ilə müqaviləsini yeniləmək niyyətində olduğu bildirilib.

Kimmixin “Bavariya” ilə müqaviləsi gələn yay qüvvədən düşəcək. 29 yaşlı futbolçu Münhen klubunda 2015-ci ildən çıxış edir.