Ölkələrin UEFA reytinqində dəyişikliklər olub.
"Football-plus.az" xəbər verir ki, buna avrokubokların 3-cü təsnifat mərhələsinin ilk oyunlarının birinci gününün nəticələri səbəb olub.
Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında baş tutan matçlar ölkəmizin mövqeyinə təsir etməyib. “Qarabağ” “Lüdoqorets”ə 1:2 hesabı ilə uduzduğu üçün ölkəmizin əmsalı dəyişməz qalıb. Buna baxmayaraq, Azərbaycan mövqeyini qoruyub.
Xal hesabımız 18,375-di. 23-cü sıradayıq. Cari mövsümün qazancı 1,625-ə bərabərdi. Ölkə reytinqi üçün “Zirə” 0,750, “Qarabağ” 0,500, “Sabah” 0,250, “Sumqayıt” 0,125 xal əldə edib.
Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 89,160 xal.