"Qarabağ"ın oyununa 28 mindən çox bilet satıldı

6.08.2024 16:30 366
Ölkə futbolu
"Qarabağ"ın Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə qarşı keçirəcəyi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununa indiyədək 28000 bilet satılıb.

"Football-plus.az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün 30000-ə yaxın bilet satışa çıxarılıb.

Qeyd edək ki, bu gün reallaşacaq “Qarabağ” – “Ludoqorets” görüşü saat 20.00-da start götürəcək. Cavab görüşü avqustun 13-də olacaq.