• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Sevindirici haldı ki, futbolçularda universallıq var” - Rəşad Sadıqov

Premyer-liqa / Manşet

4-08-2024, 23:0

"Futbolçularımı təbrik etmək istəyirəm. İlk növbədə bu oyuna hazırlaşdıqları üçün. Vaxtımız çox deyildi. İlk dəqiqədən sona qədər futbolçular oyuna çox yaxşı köklənmişdilər. Bu da mənim üçün çox önəmlidi. Yaxşı başladıq. Fasilədə rəqibin irəli atılacağını ehtimal edirdik. İlk dəqiqələr çətin oldu, amma sonradan bir qol da vurub qalib gəldik. Sezona başlamaq həmişə çətindi. Futbolçularıma peşəkarlığa görə təşəkkür edirəm".


“Football-plus.az” xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov premyer-liqanın 1-ci turunun “Səbail”lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- "Osiyek"i nə dərəcədə incələyə bilmisiz?

Yaxşı komandadı. Əvvəl daha çox topla oynayırdılar. İtaliyalı məşqçinin gəlişindən sonra həm toplu, həm də topsuz olaraq yaxşıdırlar. Aqressivdilər. Rəqibi analiz etmişik. Birigün yola çıxırıq. Vaxtımız var idi, bir az təhlil etdik. Biz də yaxşı hazırlaşacağıq. İstədiyimiz rotasiyaları etdik. Vacib olan odu ki, kimsə yüklənmiş, yorğun halda oyuna çıxmasın. Uzun yol gedəcəyik. Məyus edən məqam zədəlilərimizin olmasıdı. Öz hədəflərimiz var. Düşünürəm ki, iki maraqlı oyunun şahidi olacağıq. Rafael Utsiq zədələnib. Tiaqo Silva, Pyer Zeblidə də həmçinin zədələr var. Onlar bizim üçün çox önəmli oyunçulardı. "Osiyek"ə qarşı oynayıb-oynamayacaqları yaxın günlərdə bilinəcək.

- Papunaşvilinin transferinin gec baş tutması nə ilə bağlıdı?

- Bəli, sezonun əvvəlindən marağımız var idi. Sadəcə klubla futbolçu arasında müəyyən detallarda razılıq yox idi. Bir həftə əvvəl razılıq əldə olundu. Məyus edən tərəf odu ki, ayyarım zədəsini müalicə edib, sonra isə fitnes məşqləri edib. Dörd aydı kollektivdən uzaqdı. Bəlkə də, formasını 2 aya bərpa edəcək.

- Uğurlu performansın davamı üçün hansı planlarınız var?

- Rəqibi bir az da təhlil edəcəyik. Oyun planı ilə bağlı məsləhətlər aparacağıq. İlk matçda uğurlu çıxış etmək çox önəmlidi. Rəqib də doğma azarkeşləri önündə sərfəli nəticə istəyəcək. Çox ciddi dəyişiklik etməyəcəyik. Bu günə qədər də maksimum çalışırdıq. Ən vacibi bu dəqiqə konsentrasiyanı qorumaqdı.

- Klublarımızın avrokuboklarda üçüncü mərhləyə çıxması çempionatın səviyyəsi ilə bağlıdı, yoxsa büdclərin yüksəlməsi?

- Futbolçu keyfiyyəti olaraq, bütün komandalarımız eyni keyfiyyətdədirlər. Bizdə büdcə artması baş verməyib, yerində qalıb. Eyni büdcə ilə işləyirik. Düşünürəm ki, büdcə ilə bağlı deyil. Keçən il çempionatın maraqlı və gərgin keçməsi komandaların keyfiyyətini qaldırdı. Bu tip oyunlarda faydalı olur. İstəyərdik ki, növbəti mərhələyə hamımız keçək. Bütün komandalar uğurlar arzulayıram.

- İssa Cibrilladakı perfromans artımını nə ilə əlaqələndirisiz? Sanki Donald Geryenin "Qarabağ"a gəldiyi ilk günləri xatırladır...

- Tez-tez zədələnirdi. Bu mövsüm daha məsuliyyətli yanışır işinə. Bəhrəsini də görür. Donald Gerye ilə müqayisə etdiz. Bizim əsas sol cinah müdafiəçisi Cibrilla olmayacaq. Sağdan da hücumameyilli oynayır. Avrokuboklarda sol müdafiəçi kimi yoxlayırıq. Məqsəd və Fuad da daha çox bu mövqedə oynayırlar. Avrokuboklarla bağlı planımız budu. Məqsədin də performansından çox razıyam. Fuad da o mövqedə yaxşı oynayıb. Sevindirici haldı ki, futbolçularda universallıq var. Belə olduqda, məşqçi üçün manevr imkanları asan olur.

- "Səbail"dən hamı ilə görüşdüz, Kərim Diniyevlə görüşmədiz. Səbəb nə idi, probleminiz var?

- Nə problemim ola bilər. Futbolçu vaxtında ən çox hörmət etdiyim futboçulardan idi. Bir çox futbolçularla yaxınlıq edirik. Kərim 4-5 futbolçudan biridi ki, hər məşqçinin məhəbbəti və hörməti olar. Görüşməmişəmsə də, xartırlamıram. Bir-bir hamı ilə görüşdüm.

- Roman Qriqorçukun "Neftçi"si, Kurban Berdıyevin "Turan Tovuz"u haqda təəssüratınız necədi?

- Oyunu izləyə bilməmişəm. Havalar çox isti keçir. Oyunun icmalını izlədim. Dünən necə oynayıblar bilmirım. İki təcrübəli, böyük məşqçi çempionatımıza gəlib. Belə insanların gəlişinə çox sevinirəm. Öz komandalarına oyunlarını, ustalıqlarını yansıdacaqlar. Bu mövsüm çempionat keçənilkidən də çətin olacaq.

- Yerli bazardan transferlər edirsiz. Təsadüfdü?

- Təsadüfən elə alındı. Başqa ölkələrdən də transferlərimiz olur.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

8-05-2022, 20:0

"Bu gün sonluqlar yaxşı deyildi" - Murad Musayev

Premyer-liqa / Manşet

8-04-2023, 22:0

"Oyuna yaxşı hazırlaşa bilmişdik" - Laurentsiu Regekampf

Premyer-liqa / Manşet

30-03-2024, 22:0

"Belə təklif olsa, dəyərləndirə bilərik" - Rəşad Sadıqov

Ölkə futbolu

3-05-2022, 21:0

"Bizi yorulmağa məcbur etdilər" - Qurban Qurbanov

Premyer-liqa / Manşet

3-03-2024, 21:0

Kaxaber Sxadadze: “Bu, futbolçuların fərdi keyfiyəti ilə bağlıdı”

Premyer-liqa / Manşet

4-08-2024, 22:0

“Pulumuz bitənə kimi transfer edəcəyik” - Ayxan Abbasov

Aktual
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Son xəbərlər
  • Bu gün, 15:56
    Mbappe yarımfinal matçını buraxacaq?
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
Daha çox
Oxunub: 210
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 192
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə