''Real''ın baş məşqçisi Karlo Ançelotti ''Obi One'' adlı podkastın qonağı olub.
65 yaşlı ünlü italiyalı mütəxəssis gələcəyi ilə bağlı diqqətçəkən açıqlamalar verib. ''Kral klubu'' ilə 2026-ya qədər müqaviləsi olan Ançelotti bunları deyib:
''Düşünürəm ki, ''Real'' karyeramda sonuncu klub olacaq. Yığmada işləmək mövzusu üzərində hələ ciddi şəkildə düşünməmişəm. Amma düzünü desəm, yığmada işləməyin tərəfdarı deyiləm. Çünki belədə bu işin ən xoşuma gələn tərəfini - gündəlik işləmək fürsətini əldən vermiş olacam. Mən həqiqətən də indi gördüyüm işi çox sevirəm. Məşqçi kimi 29-cu mövsümümə qədəm qoyuram. Düzdü, çoxlu titullar qazanmışam. Amma siz mənim uduzduğum titulları da təsəvvür edin''.
ƏLİ