“Özümü çox ümidsiz hiss edirəm” - “Makkabi”nin baş məşqçisi

1.08.2024 23:37 410
Manşet / Konfrans Liqası
İsrailin "Makkabi" klubu Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sabah"a məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

“Football-plus.az” xəbər verir ki, Hayfa təmsilçisinin baş məşqçisi Barak Baxar matçdan sonra kçeirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Vəziyyəti dəyişə bilərdik. Amma olmadı. "Sabah"ı təbrik edirəm.

- Altı qol vurub mərhələ keçə bilməmək necə hissdi?

- Vəziyyəti düzəldə bilərdik. Amma bu alınmadı. Penaltilərlə uduzduq. Özümü çox ümidsiz hiss edirəm.

- Dünya futbolunda səfərdə altı qol vurub, mərhələ keçməmək çox da görülməyib. Ola bilər ki, ilk oyunda "Sabah"ı ciddiyə almadız?

- Xeyr. Biz vəziyyəti düzəldə bilmədik. "Sabah"ı isə ciddi komanda kimi qəbul edirdik.