“Səbail”dən ayrıldı, “Velej”lə anlaşdı

31.07.2024 21:38 355
Ölkə futbolu / Manşet
“Səbail”dən ayrılan Adi Mehremiçin yeni klubu bəlli olub.

O, bundan sonra karyerasını Bosniya və Hersoqovina klubunda davam etdirəcək.
“Football-plus.az” xəbər verir ki, Mehremiç “Velej”in formasını geyəcək. Bu barədə klub rəsmi “instaqram” hesabında paylaşım edib. 32 yaşlı futbolçuyla 2026-cı ilə qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Mehremiç bu yay “dənizçilər”dən ayrılıb. O, ilk dəfə 2011-ci ildə “Velej”də çıxış edib.
RÖYANƏ OĞUZ