“Neftçi” növbəti transferini açıqladı

29.06.2024 21:34 368
Premyer-liqa
“Neftçi” daha bir transferini rəsmiləşdirib.

“Ağ-qaralar” milli komandamızın üzvü Emil Səfərovla 3 illik müqavilə imzalayıb.

“Qəbələ”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyub və 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub. O, Azərbaycan milli komandasının heyətində 4 oyunda meydana çıxıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl monteneqrolu yarımmüdafiəçi Edvin Kuçu transfer etmişdi.