Manuel Noyer yığmadakı statusunu birdəfəlik itirib.
"Football-plus.az" xəbər verir ki, Almaniya millisinin yeni baş məşqçisi Yulian Naqelsmann “Bavariya”nın qapıçısını kapitan sarğısından məhrum edib.
“Bild” qəzetinin yaydığı xəbərə görə, o, 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatı zamanı İlkay Gündoğana etimad göstərəcək. “Barselona”nın yarımmüdafiəçisi kapitan statusunu məhz Noyer zədə üzündən uzun müddət oynamadığı üçün qazanmışdı. Ona bu statusu əvvəlki baş məşqçi Hans-Diter Flik həvalə etmişdi. “Bild”in yazdığına görə, artıq sıraya dönən Noyer Almaniya yığmasının əsas qapıçısı olmaq zəmanətinə malik deyil. O, “Bavariya”nın əsas komandasında çıxışını bərpa edəndən sonra bundestimə yenidən çağrılmaq üçün mübarizə aparmalı olacaq. Naqelsmann milli komandanın başına sentyabrda keçib. Gənc mütəxəssis sələfi Flikin Gündoğanla bağlı qərarını dəstəkləyir.